Əl-maiDƏ (SÜFRƏ)


ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ



Yüklə 2,51 Mb.
səhifə39/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   35   36   37   38   39   40   41   42   ...   317
ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
(5.41) “Ey Elçi! Qoy kafirliyə etiqad etməyə can atanlar və öz dilləri ilə: “Biz iman gətirdik” – deyib, əslində qəlbən iman gətirməyənlər səni kədərləndirməsinlər. Yəhudiliyə etiqad edənlər arasında elələri də var ki, yalanlara həvəslə qulaq asırlar və sənin yanına gəlməyən başqa adamlara qulaq asırlar. Onlar sözlərin yerini dəyişdirməklə onları təhrif edir və deyirlər: “Əgər onu sizə versələr, götürün, o sizə verilməsə, onda çəkinin”. Allah yolundan azdırmaq istədiyi kəsi, sən Allahdan qorumağa qadir deyilsən. Allah onların qəlbini təmizləmək istəmir. Bu dünyada onları rüsvayçılıq, Axirət həyatında isə onlar üçün şiddətli əzab-əziyyət hazırlan­mışdır”.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) var gücü ilə çalışırdı ki, insanları doğru yola gətirsin və onlardan bəziləri dini qəbul etdikdən sonra, yenidən kafirliyə qayıtdıqda kədərlənirdi. Belə olduqda Fövqəluca Allah ona əmr edir ki, belə günahkarlara görə qəmlənməsin, çünki onlar tamamilə yolsuz insanlardır. Onlar sənin yanında olanda heç bir fayda vermirlər, onların yaxında olmamalarını isə heç kim hiss etmir. Onların davranışının müsəlmanda məyusluq doğurmamalı olmasının səbəbi ondadır ki, onlar ancaq sözdə iman gətirirlər, halbuki ürəklərində hələ kafir qalmış olurlar. O şəxslər üçün kədərlənmək olar ki, onlar qəlbən və cismən iman gətirdikdən sonra küfrə qayıtmış olsunlar. Lakin belə insanlar dindən heç vaxt üz döndərmirlər və etiqaddan dönmürlər, çünki onların qəlbi imanın gözəlliyini bir dəfə hiss etdikdən sonra, onu heç vaxt başqa bir şeylə dəyişməzlər.

Sonra Allah ayədə bildirir ki, yəhudilərin arasında elələri var ki, yalana həvəslə qulaq asır və baxışları yalana, azğınlığa və zalımlığa əsaslanan öz başçılarına və ağsaqqallarına kor-koranə itaət edirlər. Bu ağsaqqallar Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) qəbul etmirlər, ondan üz döndərirlər və öz yanlış nəzər nöqtələrinə sevinirlər. Onlar Səmavi Kitaba Allahın vermədiyi mənaları əlavə etmək istəyirlər və bununla insanları azdırmaq və həqiqəti inkar etmək istəyirlər. Onlar azğınlıq təbliğatçılarıdırlar, hər cür yalan danışır, ağıldan və qəti qərar qəbul etmək qabiliyyətindən məhrum olan insanları öz dallarıyca aparırlar. Əgər onlar Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etmirlərsə, buna xüsusi əhəmiyyət verilmə­məlidir, çünki bu adamlar çoxsaylı qüsurlara malikdirlər və onlara əhəmiyyət verilməsinə və diqqət yetirilməsinə layiq deyillər.

Sonra Allah xəbər verir ki, yəhudilərin Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) onların mübahisəsini həll etməyi xahiş etməkdə niyyətləri öz məqsədlərinə nail olmaq idi. Onlar bir-birinə belə deyirdilər: “Muhəmmədin qərarı sizin istədiyinizə uyğun gəlsə, onunla razılaşın, yox, əgər o, başqa bir qərar çıxarsa, ona itaət etməkdən çəkinin”.

Onlar yollarını azaraq öz nəfslərinə tabe oldular, Allah isə insanı azdırmaq istədikdə, hətta Onun elçisi də onu Ondan qoruya bilməz. Bu barədə Fövqəluca Allah belə buyurur: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır” (Qəsəs, 28/56).

Allah bu insanların ürəklərini təmizləməmişdir və buna görə onlar öz cinayətlərini törətmişlər. Bu isə o deməkdir ki, əgər insan şəriət məhkəməsinə ürəyindən keçən qərarı eşitmək ümidi ilə müraciət edirsə, əgər qərar onun xeyrinə veriləndə sevinirsə və istədiyinə nail olmadıqda qəzəblənirsə, bunun səbəbi onun qəlbində kök salmış rəzalətdir. Əksinə, o, şəriət məhkəməsinə müraciət etdikdə, qəbul edilmiş qərarla, onun istəyi ilə uyğun gəlib gəlməməyindən asılı olmayaraq, qane olduqda, bu onun qəlbinin təmizliyinə dəlalət edir. Buradan aydın olur ki, qəlbin təmizliyi xeyirxahlığın rəhni və insanın sağlam fikirlər söyləməsinə və yaxşı işlər görməsinə səbəb olan əzəmətli amildir. Lakin insanın qəlbi təmizlənmədikdə, bu dünyada onu ancaq şərəfsizlik və namussuzluq, Axirət həyatında isə Cəhənnəm odu və Qüdrətli Allahın qəzəbi gözləyir.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin