Əl-maiDƏ (SÜFRƏ)


ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ



Yüklə 2,51 Mb.
səhifə40/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   36   37   38   39   40   41   42   43   ...   317
ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ
(5.42) “Onlar yalanı məmnuniyyətlə dinləyir və haram yeyirlər. Onlar yanına gəldikdə, istəsən aralarında hökm ver, istəməsən onlardan üz döndər. Üz döndərsən onlar sənə heç vəchlə zərər vura bilməzlər. Lakin hökm çıxarmalı olsan, insaflı ol. Həqiqətən, Allah insaflıları sevir”.
Yalanı dinləmək dedikdə, ona tabe olmaq nəzərdə tutulur. Belə insanların dindarlığı və ağlı o dərəcədə qüsurludur ki, onları doğru olmayan bir şeyi deməyə dəvət etdikdə, buna həvəslə razılaşırlar. Bununla yanaşı, onlar haram yolla əldə etdikləri əmlakı da yeyirlər. Bəzən onlar axmaqları və cahilləri aldadır, bəzən isə, verdikləri məlumata və ya gördükləri işlərə görə layiq olmadıqları mükafat alırlar. Onlar təkcə yalan danışmaqla qənaətlənmir, həmçinin haram yolla var-dövlət də əldə edirlər.

Belə insanlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına gəldikdə, ona icazə verilmişdi ki, müraciət edənlərin çəkişməsini, öz istədiyi kimi, ya həll etsin, ya da onlardan üz döndərsin. Bu hökm ləğv edilməmişdi və əgər onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məhkəməsinə müraciət edirdilərsə, o (ona Allahın salavatı və salamı olsun!) onlara dair ya qərar çıxarırdı, ya da bundan imtina edirdi, çünki onlar istədiklərinə uyğun gəlmədiyi halda şəriət qanunlarına tabe olmaq barədə düşün­mür­dülər.

Buradan belə bir nəticə çıxır ki, əgər insanlar şəriət alimlərinə dini müddəalar haqqında məlumat almaq və məhkəmə qərarı çıxarılması üçün xahişlə müraciət etdikdə və eyni zamanda onların xeyrinə olmayan qərardan razı qalmayacaqlarını və onlara tabe olmayacaqlarını bildirdikdə, onların xahişini rədd etmək olar. Yox əgər hakim qərara alsa ki, onların məsələsinə baxsın, onda o, insaflı qərar çıxartmalıdır, çünki Allah insaflıları sevir. Məhkəməyə müraciət edən insanlar hətta zalım və düşmən olsalar da, bu, hakimə ədalətli qərar qəbul etməyə maneə olmamalıdır. Bütün bunlar, insanlar arasında çəkişmə­lərə baxılarkən ədalətli olmağın və qərəzsizliyin üstünlüyünü xüsusilə vurğulayır və bu o deməkdir ki, Allah bu keyfiyyətləri sevir.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin