ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ (5.43) “Onlar əllərində Allahın hökmlərindən ibarət Tövrat olduğu halda səni necə hakim seçir və sonra da üz döndərirlər? Çünki onlar mömin deyillər”. Əgər o insanlar iman sahibi olsaydılar və dinin vacib tələblərinə uyğun olaraq davransaydılar, onda onlar Allahın Tövratla nazil etdiyi və onlara yaxşı məlum olan qanunlarından üz döndərməzdilər. Onlar səni hakim seçməklə ümid edirlər ki, sən onların tələblərinə uyğun olan qərar çıxaracaqsan. Lakin sən Allahın onlarda olan hökmlərinə müvafiq gələn qərar qəbul edirsən və buna görə onlar narazılıq edir və sənin qərarından üz çevirirlər. Onlar iman gətirməmişlər, çünki iman gətirənlərə belə rəftar etmək yaraşmaz. Onlar doğru iman sahibi olmağa layiq deyillər, çünki öz istəklərini ilahlaşdırır və dinin qanunlarını onlara tabe etməyə cəhd göstərirlər.
ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ