ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ (5.39) “Allah, zülm etdikdən sonra tövbə edib, islah olanın tövbəsini qəbul edir, çünki Allah Bağışlayandır və Rəhmlidir”. ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ (5.40) “Məgər sən bilmirsən ki, göylərin və yerin üzərində hakimiyyət Allaha məxsusdur? O, istədiyini əzaba düçar edir, istədiyini də bağışlayır. Allah hər şeyə qadirdir”. Allah tövbə edən, günahdan əl çəkən, əməllərini islah edən və qüsurlardan təmizlənən hər kəsi bağışlayır. O, göylər və yer üzərində hakimiyyət Sahibidir və Özünün kainat və dini qanunları əsasında onları istədiyi kimi idarə edir. O, Öz Müdrikliyinə, hərşeyiəhatəedən Rəhminə və hərşeyibağışlayanlığına əsaslanaraq bağışlayır və cəzalandırır.