ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ (5. 49) “Onların arasında Allahın sənə nazil etdikləri ilə hökm ver və onların istəklərinə güzəştə getmə və onlardan çəkin ki, səni Allahın nazil etdiklərinin bir qismindən yayındırmasınlar. Əgər onlar boyun qaçırsalar, başa düş ki, Allah onları bəzi günahlarına görə bəlaya salmaq niyyətindədir. Doğrusu, adamların əksəriyyəti günahkardır”. Belə bir rəy var ki, bu ayə Quranın digər bir: “Onlar yalanı məmnuniyyətlə dinləyir və haram yeyirlər. Onlar sənin yanına gəldikdə, istəsən aralarında hökm ver, istəməsən onlardan üz döndər...”(Maidə, 5/42) ayəsini ləğv etmişdir. Lakin başqa bir etibarlı rəyə görə isə həmin ayə ləğv olunmamışdır. Ondan aydın olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) ədalətli qərarla razılaşmaq niyyəti olmayan insanları ya mühakimə etmək və yaxud da bundan imtina etmək imkanı verilmişdi. Şərh etdiyimiz ayədən isə belə çıxır ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onların arasında hökm verməyə razılaşdıqda, o (ona Allahın salavatı və salamı olsun!), Allahın Quranda və Sünnədə nazil etdiklərinə müvafiq olaraq qərar qəbul etməlidir. Bu, Allahın buyurduğu: “...Üz döndərsən onlar sənə heç vəchlə zərər vura bilməzlər. Lakin hökm çıxarmalı olsan, insaflı ol...”(Maidə, 5/42) həmin insaflılıqdır.
Bütün bu deyilənlərdən aydın olur ki, insaflılıq, qərəzsizlik Allahın qanunlarına əsaslanır. Onlar ən ali dərəcədə elmə, ədalətə, həqiqətə, nura və qərəzsizliyə istinad edir.
Sonra Fövqəluca Allah adamların naqis istəklərinə güzəştə getməyi qadağan etdiyini bir daha təkrar edir. Bu hökm geniş məna daşıyır və məhkəmə qərarlarının qəbul edilməsinə və həm də dini fitvaların verilməsinə şamil edilir, hərçənd bu ayədə söhbət ancaq məhkəmə qərarlarından gedir. Buna baxmayaraq, hər iki halda alimlər həqiqətə zidd gələn nəfslərinin istəklərindən çəkinməlidirlər. Buna görə, Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onu (ona Allahın salavatı və salamı olsun!) azdıra bilən insanlardan uzaq olmağı və Allahın nazil etdiklərinin bir hissəsindən onu (ona Allahın salavatı və salamı olsun!) yayındırmalarının qarşısını almağı əmr edir.
Bundan belə nəticəyə gəlmək olar ki, adamların hər istəyinə güzəştə getmək, insanı riayət etməli olduğu haqdan imtina etməyə məcbur edir. Əgər insanlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməkdən və haqqa istinad etməkdən boyun qaçırırlarsa, onda bilməlidirlər ki, onların belə davranması özləri üçün cəza tədbiridir. Allah bu yolla onları günahlarının bəzilərinə görə cəzalandırmaq istəyir.
Günahları insanı həm bu dünyada və həm də ölümündən sonra cəzaya məhkum edir və onlara görə ən böyük cəzalardan biri yoldan azmaqdır ki, onun nəticəsində Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən imtina etmək günahkara gözəl bir əməl kimi göstərilir. Bunun səbəbi insanların vicdansızlığındadır və onların çoxu, həqiqətən, günahkar fasiqlərdir, çünki Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətdən yayınma onların təbiətinin əsasını təşkil edir.