Əl-maiDƏ (SÜFRƏ)


ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ



Yüklə 2,51 Mb.
səhifə45/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   41   42   43   44   45   46   47   48   ...   317
ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ
(5.47) “İncilə iman gətirənlər Allahın onunla nazil etdikləri əsasında mühakimə etsinlər! Allahın nazil etdikləri ilə mühakimə yürütməyənlər məhz əsil fasiqlərdir”.
İncil əhli öz Kitabına tam əsaslanmalı və ondan kənara meyl etməməlidirlər. Əgər onlar Allahın nazil etdiyinə uyğun olaraq mühakimə yürütməsələr fasiqlərdən olarlar.

ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(5.48) “Biz sənə Kitabı haqq ilə nazil etdik ki, özündən əvvəlki Kitabları təsdiq­ləsin və həm də onları qorusun. Artıq onları Allahın nazil etdikləri əsasında mühakimə et, sənə gələn haqdan (yayınaraq), onların istəklərinə uyma. Biz sizin hər birinizə şəriət və yol müəyyənləşdirdik. Allah istəsəydi sizin hamınızı bir millət edərdi, lakin O, sizi, sizə bəxş edilənlə imtahana çəkməkdən ötrü, ayırdı. Xeyirxah işlərdə yarışın! Hamınız Allaha qayıda­caqsınız və O, sizə nə üstündə ixtilafa düşdüyünüzü xəbər verəcəkdir”.
Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) Müqəddəs Kitablarından ən yaxşı və ən şərəfli olanı – Müqəddəs Quranı nazil etmişdir. O, həqiqətən də nazil edilmişdir və onun hekayətləri, hökmləri və qadağanları da gerçəkdir. O, ondan əvvəl nazil edilmiş Kitabların doğruluğunu təsdiqləyir, çünki onlara şahidlik edir və zidd çıxmır. Onun hekayətləri və əsas qanunları əvvəlki Kitabların hekayət və qanunları ilə uyğun gəlir. Bundan başqa, əvvəlki Kitablar onun nazil ediləcəyi haqqında öncədən xəbər vermişdilər və onun mövcudluğu onlarda olan məlumatların doğruluğunu təsdiq edir.

Quran əvvəlki Kitabları qoruyur, çünki onda olanlar onlarda olanlardan və həm də yeni hökmlər və yüksək əxlaq normalarından ibarətdir. Onda, əvvəlki Kitablarda xatır­lan­mış, bütün fəaliyyət növlərinə (vəzifələrə) diqqət yetiril­mişdir. Quran ayələri bu vəzifələri yerinə yetirməyi əmr edir, insanları buna sövq edir və bu məqsədə nail olmağın yeni yollarını göstərir.

Bu Kitabda insanların ilk nəsilləri və onlardan sonra gələnlər haqqında hekayətlər nazil edilmişdir. Onda – Şəriət, Hikmət və dini hökmlər vardır. Quran hekayətləri əsasında bizə qədər gəlib çatmış əvvəlki Kitabların səhihliyini və düzgünlüyünü təyin etmək olar və əgər o, onlarda xatırlanan məlumatların gerçəkliyini24 təsdiq edirsə, onda onları qəbul etmək olar, amma əgər o, onları təsdiq etmirsə, onları rədd etmək vacibdir, çünki əvvəlki Kitablar təhrifə və dəyişikliyə uğradılmışdır. Əks halda, onlarla Müqəddəs Quran arasında ziddiy­yət ola bilməzdi.

Allah bunu xatırlatdıqdan sonra, insanları Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmiş dini qanun üzrə25 mühakimə etməyi və insanların, onları haqdan yayındıra bilən, qüsurlu, pozğun istəklərinə uymamağı əmr edir. Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmiş haqq Kitaba üz çevirib, həqiqətlə ziddiyyət təşkil edən yanlış istəklərə yol vermək olmaz. Kim bunu edərsə, yaxşını pislə dəyişmiş olar.


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin