Əl-maiDƏ (SÜFRƏ)


ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ



Yüklə 2,51 Mb.
səhifə44/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   40   41   42   43   44   45   46   47   ...   317
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
(5.46) “Biz əvvəlkilərin dalınca ondan öncəki Tövratın həqiqiliyini təsdiq edən Məryəm oğlu İsanı göndərdik. Biz ona doğru yol göstərən və nurlu İncili verdik. O, ondan əvvəlki Tövratla nazil ediləni təsdiqləyəndir, təqvalılar üçün isə haqqın bələdçisi və nəsihətdir”.
Tövratın əsasında hökm verən peyğəmbərlərin və elçilərin ardınca, Allah Öz qulu və elçisi İsanı (ə) – Allahdan gələn ruhu və Özünün Məryəmə yönəldilən sözünü göndərdi. Allah onu gön­dərib ki, əvvəlcə nazil edilmiş Tövratın həqiqiliyini təsdiq etsin və Musanın (ə) doğruçuluğuna və gətirdiyi Kitaba şahidlik etsin. O (ə), öz sələfinin işini davam etdirir və yəhudiləri, əksər hissələrində əvvəlki qanunla üst-üstə düşən, qanun əsasında mühakimə edirdi. O əvvəlki qanunun ancaq bəzi müddəalarını asanlaşdırmış və buna görə, Fövqəluca Allah onun (ə) dilindən belə buyurur: Mən gəlmişəm ki, mənə qədər Tövratda olanın həqiqiliyini təsdiq edim və sizə haram edilənlərin bir hissəsini sizə halal edim” (Ali İmran, 3/50F).

Allah İsaya (ə) Tövratı təkmilləşdirən Böyük Kitab bəxş et­mişdi. Bu, insanlara doğru yol göstərən İncildi və o, onlara həqiqəti yalandan fərqləndirməyə imkan verdi. O, əvvəllər Tövratda nazil edilənlərin hamısının gerçəkliyini təsdiq etdi, çünki o, Tövrata şahidlik edirdi və ona zidd deyildi. Lakin təkcə təqvalı olan qullar onu Haqq Təlim və nəsihət Verən kimi qəbul etdilər, çünki ancaq onlar nəsihətlərdən faydalana bilirlər, nəsihətləri dinləyir və layiq olmayan hərəkətlərdən çəkinirlər.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin