ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ (5.38) “Oğru kişiyə və oğru qadına etdiklərinin əvəzi olaraq əllərini kəsin. Allahın cəzası belədir, axı Allah Qüdrətlidir və Müdrikdir”. Oğru, haqqı olmadığı özgə malını gizlicə götürən adamdır. Oğruluq ağır günahlara aiddir və nəticəsi dəhşətli cəza – sağ əlinin kəsilməsidir. Səhabələrdən bizə qədər gəlib çatmış Quran oxunuşlarının birində məhz sağ əldən bəhs edilir.
Əlavə izahlar olmadan söhbət əldən getdikdə təkcə bilək nəzərdə tutulur və buna görə, oğurluq üstündə əlin kəsilməsi biləyə qədərdir ki, kəsildikdən sonra onu qaynar yağa salırlar ki, qan damarları tıxansın və qan axması dayansın. Sünnə bu ayənin ümumi mənasını bir neçə müddəalarla konkretləşdirmişdir.
Birincisi, oğurlanmış əşya, adətən, qorunan əmlaka aid olmalıdır. Əgər oğurlanmış şey belə mühafizə olunan əşyalara aid olmadığı halda əlin kəsilməsi nəzərdə tutulmur.
İkincisi, oğurlanmış əşyanın dəyəri dörddə bir dinardan21 və ya üç dirhəmdən22 az olmamalıdır. Əgər oğru bundan az dəyərli şeyi oğurlamışsa, onun əlini kəsmirlər. Aydındır ki, bu hökm “sirka” (“oğurluq”) ərəb sözünün leksik mənasından irəli gəlir. Qarşısı alınması (qorunması) mümkün olmayan məhz bu üsulla əmlakın oğurlanması “sirka” adlandırılır. Deməli, qorunmayan əşyanın icazəsiz götürülməsini, şəriətə görə, oğurluq adlandırmaq olmaz.
Sağlam mühakimə göstərir ki, xırda oğurluğa görə əl kəsmək lazım deyil. Əgər əlin kəsilməsi üçün oğurlanan əşyanın müəyyən dəyərə malik olması tələb edilirsə, onda şəriət artıq bu ayənin mənasını konkretləşdirmişdir.
Oğurluq üstündə əlin kəsilməsi ona görə əmr olunmuşdur ki, insanların əmlakının təhlükəsizliyi təmin edilsin, belə cinayətlərin qarşısı alınsın və bədənin bu cinayəti törətmiş üzvü kəsilsin. İnsan təkrar oğurluq etdikdə, onda onun sol ayağı kəsilməlidir. O, üçüncü dəfə oğurluq edərsə, onda sol əli kəsilməlidir, dördüncü eyni cinayətə görə isə sağ ayaq kəsilməlidir. Başqa bir rəyə görə, belə bir adam ömürlük həbsə məhkum edilməlidir.
Oğrunun əlinin kəsilməsi başqasının əmlakını oğurlamasının əvəzi olaraq Allah tərəfindən verilən ibrətamiz cəza, ona və başqa insanlara xəbərdarlıqdır. Hər bir oğru bilməlidir ki, belə bir cinayətə görə əlindən məhrum ola bilər. Qüdrətli və Müdrik Allahın qərarı belədir.