Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə19/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   15   16   17   18   19   20   21   22   ...   317
ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ
(5.13) “Əhdi pozduqlarına görə Biz onları lənətlədik və ürəklərini codlaş­dırdıq. Onlar sözlərin yerini dəyişərək onları təhrif edir və onlara öyrədilənin bir qismini yaddan çıxartmışlar. Sən hər dəfə, bəziləri istisna olmaqla, onların xəyanəti ilə rastlaşacaqsan. Onları bağışla və alicənablıq göstər, çünki Allah xeyirxahlıq edənləri sevir”.
İsrail oğulları əhdi pozdular və buna görə də Allah onları eyni vaxtda bir neçə cəzaya məhkum etdi.

Birincisi, O, onları lənətləyərək Öz mərhəmətindən uzaqlaşdırdı. Onlar Allaha verdikləri vədi yerinə yetirmədikdə öz qarşılarında olan mərhəmət qapısını bağladılar, çünki onun yerinə yetirilməsi Allahın mərhəmətinə layiq olmağa imkan verən ən böyük amil idi.

İkincisi, O, onların ürəklərini o qədər codlaşdırdı18 ki, heç bir dəvət və öyüd-nəsihət artıq onlara kar etmir, fayda vermirdi. Allahın ayələri və nəsihətləri onlara təsir etmirdi, odlu çağırışlar onlarda heç bir həvəs doğurmurdu, qorxuducu xəbərdarlıqlar isə onları dəhşətə gətirmirdi. Bu, qulun məruz qoyula biləcəyi ən ağır cəzalardan biri idi, çünki onun qəlbi elə bir vəziyyətə gətirilmişdi ki, belə hallarda, hətta ən doğru təlimatlar və xeyirxah nəsihətlər də onda yaramazlıqlardan başqa bir şey doğurmur.

Üçüncüsü, onlar tovlanmışdılar və Allahın kəlamlarını və Onun və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) həmin sözlərə verdikləri mənaları təhrif etməyə başlamışdılar.

Dördüncüsü, onlar onlara xəbər verilənlərin böyük bir hissəsini yaddan çıxar­mışdılar. Bu o deməkdir ki, onlar Tövratda nazil edilənlərdən və Musa peyğəmbərə (s) vəhy olunanlardan çox şeyləri unutmuş və itirmişdilər. Allah bunlardan əksəriyyətini, törətdikləri azğınlıqlara görə, cəza olaraq, onlara unutdurmuşdur. Beləliklə, əgər Kitab əhli onların Kitablarında nazil edilmiş bəzi vəhyləri və ya o zamanlar baş vermiş bəzi hadisələri inkar edirlərsə, onda həmin məlumatlar onların unutduqlarına aid edilməlidir.

Beşincisi, onlar həmişəlik satqınlıq və xəyanətkar əməllər törətməyə məhkum edilmişdilər. Buna görə də onlar Allaha və Onun iman sahibləri olan qullarına xəyanət­karlıq edirdilər. Onların satqınlığının və xəyanətkarlığının ən dəhşətli təzahür­lərindən biri də onlara inanan şəxslərdən həqiqəti gizlətmələri idi. Onlar istəyirdilər ki, insanlar kafir olaraq qalsınlar, bu isə onların tərəfindən ən böyük xainlikdi.

Bu pozğunluq sifətləri özünü İsrail oğullarına oxşadan hər kəsə xas olan keyfiy­yətlərdir. Əgər insan Allahın ona yerinə yetirməyi buyurduğunu etmirsə və öz öhdəsinə götürdüyü vəzifələri icra etmirsə, o, özü özünü lənətlənməyə məhkum etmiş olur və qəlbi isə daşa çevrilir. O, aldanmağa meyl edir və Rəbbinin sözlərini təhrif etməyə başlayır. Allah ona düz yol tapmağa kömək etmir və o, ona vaxtilə verilmiş öyüd-nəsihətlərin çoxunu yaddan çıxarır. Bununla yanaşı, belə bir insan hökmən satqına və xəyanətkara çevrilir. Biz isə Allahdan bizi bundan qorumasını diləyirik!

Fövqəluca Allah dini nəsihətləri qismət adlandırır, çünki onlar insanın payına düşən taleyidir. Bütün yerdə qalan nemətlər isə insana bu dünyada nəsib olanlardır. Fövqəluca Allah buyurur: “Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzula­yanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir” (Qəsəs, 28/79).

İnsana fayda verən qismətdən bəhs edərək, Fövqəluca Allah buyurur: “Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur” (Fussilət, 41/35).

O, sonra buyurur ki, yəhudilərdən ancaq bəziləri əhdə sadiq qaldılar. Rəbb onlara yardım etdi və onları düz yolla apardı. Daha sonra Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, onların ona (ona Allahın salavatı və salamı olsun!) qarşı törətdikləri haqsızlığı və təhqirləri bağışlamaq olarsa, onlara bağışlasın, çünki alicənablıq – xeyirxahlıqdır, Allah isə yaxşılıq edənləri sevir.

Allaha münasibətdə xeyirxahlıq dedikdə, Ona edilən elə bir ibadət nəzərdə tutulur ki, bu zaman insan sanki Onu görür, əgər o, Onu görmürsə də, Allah onsuz da onu görür. Məxluqlarla bağlı münasibətdə isə xeyirxahlıq adı altında onlara mənəvi və dünyəvi işlərdə fayda verməyə can atmaq başa düşülür.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin