Əl-maiDƏ (SÜFRƏ)


(6.85) “Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çat­dırdıq). Onların hamısı əməlisalehlərdən idi”



Yüklə 2,51 Mb.
səhifə93/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   89   90   91   92   93   94   95   96   ...   317
(6.85) “Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çat­dırdıq). Onların hamısı əməlisalehlərdən idi”.
Doğru yolla aparılanlar arasında Zəkəriyyə (ə), onun oğlu Yəhya (ə), (Məryəm oğlu) İsa (ə) və İlyas (ə) da vardı. Onların hamısı mömin insanlardılar, çünki öz key­fiy­yətlərinə, əməllərinə və biliklərinə görə fərqlənirdilər. Bundan başqa, onlar mömin­lərin təqlid edilməyə layiq olan başçıları və rəhbərləri idilər.
        

(6.86) “Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da (hidayətə qovuş­dur­duq) və onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq”.
Allah İsmaili (ə) də doğru yolla aparmışdı. O (ə), İbrahim peyğəmbərin (ə) oğlu və yerdə yaşayan xalqların ən şərəflisi olan ərəblərin ulu babası idi və onun birbaşa nəslindən olan isə Adəmin bütün oğullarının ağası Muhəmməd Peyğəmbərdir (ona Allahın salavatı və salamı olsun!).

Eləcə də Yunus – Mattanın oğlu və Lut – Haranın oğlu və İbrahim peyğəmbərin (ə) qohumu36 doğru yolla getdilər. Onlar, Allahın başqa insanların üzərində ucaltdığı peyğəmbərlər və elçilər idilər.

Bilmək lazımdır ki, Fövqəluca Allahın aşağıdakı ayəsində xatırlanan dörd üstünlük dərə­cəsi vardır: “Allaha və Peyğəmbərə itaət edənlər (Axirətdə) Allahın nemətlər ver­diyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, pey­ğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə ola­caqlar. Onlar necə də gözəl yoldaşlardır!” (Nisa, 4/69).

Bu ayələrdə adları keçən qullar ən yüksək dərəcəyə mənsubdurlar. Bundan başqa, onlar Allahın elçiləri arasında ən ləyaqətliləridir, çünki Allahın Öz Kitabında xəbər verdiyi elçilər, Onun tarixçələrini danışmadığı elçilərdən üstündürlər və buna heç bir şübhə yoxdur.
                          
(6.87) “Biz onların atalarından, nəsillərindən və qardaş­larından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik”.


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin