Əl-maiDƏ (SÜFRƏ)


(6.83) “Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədi­yimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir”



Yüklə 2,51 Mb.
səhifə92/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   88   89   90   91   92   93   94   95   ...   317
(6.83) “Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədi­yimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir”.
Allah İbrahimə (ə) inandırıcı dəlillər bəxş etdi ki, onların vasitəsilə öz tayfadaş­larının baxışlarını sarsıtdı və onlara qalib gəldi. Allah İbrahimi (ə) dünya həyatında və Axirətdə ucaltdığı kimi, istədiyini dərəcələrlə yüksəldir. Bilik həmişə insanlara başqa qulları ötüb keçməyə kömək edir, xüsusilə, əgər onlar onu nəinki sadəcə əldə edir və həm də işlərində ona əsaslanır və onu ətrafdakılarına da öyrədirlər. Allah belə insanları təqlid üçün nümunə edir və adamlar da onların davranışını müşahidə edir, addım-addım onların ardınca gedir, məsləhətlərinə qulaq asır və onların biliyinə istinad edərək cahillik zülmətindən xilas olmağa cəhd edirlər. Fövqəluca Allah buyurur: “...“Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın...” (Mücadələ, 58/11). Allah Müdrik və Hərşeyibilən Rəbb olduğu üçün ancaq layiq olanlara bilik və müdriklik bəxş edir. O, onları kimə bəxş etməsini və kimin daha ləyaqətli olmasını ən yaxşı bilir.
                     
(6.84) “Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuş­durmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq”.
Özünün sevimli qulu İbrahim (ə) haqqında hekayətdən sonra, Allah onun (ə) bilikləri, möizələri və səbirli olmasından – ona bəxş etdiyi gözəl keyfiyyətlərindən xəbər verir. Allah onu (ə) saleh nəsillərlə şərəfləndirir və bütün bəşəriyyətin ən alicənab və ən şərəfli nümayəndəsini onun (ə) nəslindən edir. Bununla da Allah İbrahimə (ə), başqa insanların layiq görülmədiyi böyük iltifat göstərir.

Allah ona (ə) İshaq (ə) adlı oğul və Yəqub (ə) adlı nəvə əta edir ki, onu sonralar İsrail adlandırmışlar. İsrail, Allahın dünyalar üzərində yüksəltdiyi bütöv bir xalqın ulu babası olur. Allah onların hər ikisinə dini biliklər verərək, doğru yola yönəldir və onları xeyirxah əməllərə ruhlandırır. Daha əvvəllər O, Nuhu (ə) düz yola yönəltmişdi. Ona xüsusi təlimat verilmişdi ki, o, ancaq bəzi adamlara – ruhən möhkəm olan elçilərə qismət olmuşdu ki, onlardan biri də o özü idi. Bundan başqa, Allah onun (ə) bir çox nəsillərini də doğru yola yönəltmişdi.

Bir şərhə görə, bu ayədəki əvəzlik Nuha (ə) aiddir, çünki o, (ayədə) sonuncu xatırlanır. Bundan başqa, burada sadalanan peyğəmbərlər arasında Lut (ə) xatırlanır ki, o, Nuhun (ə) nəslindən idi və İbrahimin (ə) nəslindən deyil – onun qardaşının oğluydu.

Bir başqa şərhə görə isə bu ayədəki əvəzlik İbrahimə (ə) aiddir, çünki bu Quran parçasında məhz bu şərəfli peyğəmbərin ünvanına təriflər söylənmişdir. Hərçənd Lut (ə) onun (ə) birbaşa nəslindən olmasa da, o (Lut ə.), onun (İbrahim ə.) möizələri sayəsində iman gətirmişdi və bu, Allahın sevimlisi İbrahimə (ə) daha çox şərəf gətirir, nəinki Lutun (ə) İbrahimin (ə) birbaşa nəslindən olması.

Allah Davudu, onun oğlu Süleymanı, Əyyubu, Yusufu (Yəqubun oğlunu) və həmçinin Musanı və Harunu (İmranın oğullarını) (hamısına Allahın salamı olsun!) doğru yolla aparmış­dır. Allah İbrahimin (ə) nəsillərini mömin insanlar etmişdir, axı o (ə) Ona səmimi qəlbdən ibadət etmiş və məxluqlara fayda vermişdir. Allah bütün yaxşılıq edənləri bu minvalla mükafatlan­dırır və onlardan sonra onların haqqında, onların nəsilləri haq­qında gözəl xatirələr qoyur və bu mükafatlar onların möminliyinin və xeyirxahlıqlarının dərəcəsindən asılı olur.
       

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin