ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ (7.5) “Əzabımıza düçar olduqları zaman onların: “Biz həqiqətən, zalım olmuşuq!” – deməkdən başqa heç bir sözləri olmamışdır”. Fövqəluca Allah həmçinin buyurur: “Biz zalım olan (küfr edən) neçə-neçə məmləkətin (əhlisini) məhv etdik və onlardan sonra başqa bir xalq yaratdıq. Onlar əzabımızı hiss edən kimi dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular. (Mələklər istehza ilə onlara belə dedilər:) “Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, (hara getmişdiniz; mal-dövlətiniz, cəh-cəlalınız necə oldu, deyə) sorğu-sual ediləcəksiniz! Onlar (nicat tapmaqdan ümidlərini üzüncə): “Vay halımıza! Biz, həqiqətən, zalım olmuşuq (Rəbbimizə küfr etməklə özümüz özümüzə zülm etmişik)” - dedilər. Biz onları ot kimi biçənəcən (külə döndərənəcən) elə bu sözləri deyib dururdular (nalə çəkirdilər)” (Ənbiya, 21/11-15).
ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ