ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ (7.8) “O gün (Qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!”
(7.9) “Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər edənlərdir”. Fövqəluca Allah törədilmiş əməllərə görə əvəz veriləcəyini xəbər verir və bildirir ki, Qiyamət günü əməllərin Tərəzidə çəkilməsi ədalətli və qərəzsiz olacaqdır. Heç kimlə insafsızcasına davranmayacaqlar və buna görə yaxşı əməlləri pis əməllərindən ağır gələn möminlər uğur qazananlardan olacaqlar. Onlar bütün xoşagəlməz hallardan xilas olacaq və vəd olunan, arzu edilən nə varsa, əldə edəcəklər. Onlar böyük fayda qazanacaq və əbədi səadətə nail olacaqlar. Pis əməlləri Tərəzinin gözündə ağır gələn şəxslər uğursuzluğa uğrayacaqlar. Onlar əbədi səadətdən məhrum ediləcək və öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırdıqlarına və Allahın ayələrini rəhbər tutmadıqlarına görə şiddətli cəzaya məruz qoyulacaqlar.