Əl-maiDƏ (SÜFRƏ)


ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ



Yüklə 2,51 Mb.
səhifə115/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   111   112   113   114   115   116   117   118   ...   317
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ

(7.12) “(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane ol­du?” – deyə buyurdu. (İblis: ) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən mə­ni oddan, onu isə palçıqdan yaratdın!” – dedi”.
Allah İblisə buyurdu: “Sən niyə Mənim Öz iki əlimlə yarat­dığımın qarşısında diz üstə çöküb səcdə qılmaqdan boyun qaçırt­dın? Mən ona, digər məxluqların layiq görülmədiyi böyük ehtiram göstərmişdim. Niyə sən Mənə itaət etmədin və Mənim əmrimə etinasızlıqla yanaşdın?” İblis Ona etiraz edib belə cavab verdi: “Mən ondan daha üstünəm, çünki Sən məni oddan, onu isə gildən yaratmışsan”.

Onun dəlili yanlış idi: o belə güman etmişdi ki, oddan yaradılan məxluqlar gildən xəlq edilənlərdən üstündürlər, çünki od gildən yaxşıdır. Lakin bu – oxşarlıq üzrə ən yanlış mühakimədir ki, bir neçə dəlillərlə təsdiq edilir.

Birincisi, İblis Adəmə səcdə qılmaq haqqında Allahın əmrinə zidd olan mühakiməyə istinad etmişdi və əgər oxşarlıq üzrə müha­kimə birmənalı əmrlə ziddiyyət təşkil edirsə, onda o, şübhəsiz ki, səhvdir. Oxşarlıq üzrə mühakiməyə istinad etmək o zaman mümkün sayılar ki, Allahın hökmü birmənalı olmasın və belə olduqda, bir məsələni, barəsində Allahın birmənalı hökmü bizə məlum olan digər məsələ ilə müqayisə etmək olar. Lakin əgər oxşarlıq üzrə mühakimə birmənalı əmrə ziddirsə, onda onun hüquqi əsası olmasının qəbul edilməsi Allahın hökmünü rədd etməyi nəzərdə tutur. Bax buna görə də oxşarlıq üzrə belə müha­kimə ən yaramaz mülahizələrdən biridir.

İkincisi, İblisin Adəmdən daha üstün olması haqqında iddi­ası tamamilə kifayətdir ki, onun qüsurlu olmasını ifşa etsin. O, öz üstünlüyündən təkəbbürlüyü və özün­dənrazılığı nəticəsində danışır və heç bir biliyi olmadan Allaha böhtan atır. Bundan da böyük nöqsan daha nə ola bilər?!

Üçüncüsü, o, odun gil və torpaqdan üstün olmasını söylə­yəndə haqlı deyildi, çünki yer müti və sakit bir məxluqdur və əkinçilik üçün yararlıdır. Yer daha çox nemət verir, onun üstündə ağaclar və hər cür bitkilər bitir, halbuki od aramsız və düşüncəsiz məxluqdur qarşısına çıxan hər şeyi yandırır və məhv edir.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin