Əl-maiDƏ (SÜFRƏ)


ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ



Yüklə 2,51 Mb.
səhifə123/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   119   120   121   122   123   124   125   126   ...   317
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ
(7.23) “(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər”.
Allah Adəmə və Həvvaya rəhm etdi, onlara tövbə etməyə imkan verdi və onların tövbəsini qəbul etdi. Onlar öz günahlarını boyunlarına alıb etiraf etdilər, Ondan bağışlanmalarını dilədilər: “Ey Rəbbimiz! Biz bizə qadağan olunmuş əməl törətmiş və özümüz özümüzə böyük ziyan vurmuşuq. Əgər Sən bizi bağışlamasan, işlətdiyimiz günah bizə böyük zərər verə bilər. Günahlarımız yu, bizi cəzadan xilas et, tövbəmizi qəbul et və bizi sonrakı belə əməllərdən qoru”.

Allah onları bağışladı və Quranda bu barədə deyilmişdir: “...Adəm Rəbbinin əm­rindən çıxdı, amma mətləbinə yetmədi... Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi” (Taha, 20/121-122).

İblis isə günah əməllərini və zalımlığını davam etdirdi. Buna görə, əgər insanlar Adəm kimi öz günahlarını etiraf edir, bağışlan­ma diləyir, törətdikləri əməllər üçün təəssüflənirlərsə və Rəbbə itaətsizlik etməkdən əl çəkirlərsə, onda Allah onları seçilmiş qulları edir və onları doğru yola yönəldir. Yox, əgər onlar İblis kimi günah işləyərək, öz günahlarını artırırlarsa, onda Allah onları Özündən uzaqlaşdırır.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin