Əl-maiDƏ (SÜFRƏ)


ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ



Yüklə 2,51 Mb.
səhifə131/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   127   128   129   130   131   132   133   134   ...   317
ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ
(7.32) “(Ey Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuş­dur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), Qiyamət günündə (Axirətdə) isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir xalq üçün belə ətraflı izah edirik”.
Fövqəluca Allah bu ayədə ləzzət alınmasından Onun icazə verdiyi nemətlərdən istifadə olunmasını haram elan edən günah­kar­ları qınayır. Cürbəcür gözəl libasları geyməyi və hər cür yeməklərdən və içkilərdən istifadə etməyi kim haram etmişdir? Allahın Öz qullarına əta etdiyi şeyləri insanlara haram etməyə kim cəsarət edir? Allahın qoymadığı məhdudiyyətləri qoymağa kim cəsarət edir?!

O, qullarına hər növ nemətlərdən zövq almağa və Ona daha yaxşı ibadət etmək üçün o nemətlərdən istifadə etməyə icazə vermişdir. Lakin onlardan istifadə etmək ancaq möminlərə icazə verilmişdir, çünki Allah bildirmişdir ki, dünya həyatında nemətlər onlar üçün təyin edilmişdir, Axirətdə isə bu nemətlər müstəsna olaraq təkcə onlara məxsus olacaqdır. Axirətdə heç kim möminlə­rin alacağı zövqünə şərik ola bilməyəcək.

Bu ayədən məlum olur ki, günah işlətmək üçün nemətlərdən istifadə edən kafirlər onlardan istifadə etmək haqqına malik deyillər və buna görə cəzalandırılacaqlar. Qiyamət günü başlandıqda onlar istifadə etdikləri bütün dünyəvi nemətlər haqqında sorğu-sual ediləcəklər. Allah ayələrini bilik sahiblərinə belə izah edir, çünki təkcə onlar Onun izahlarından faydalana bilirlər və qəti bilirlər ki, bu ayələr Allah tərəfindən nazil edilmişdir. Onlar ayələrin üzərində düşünür və onların mənasını dərk edirlər.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin