ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ (7.34) “Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!” Allah Adəmin nəsillərini yerə endirdi, onları orada yerləşdirdi və onlar üçün müəyyən bir müddət müəyyənləşdirdi ki, onu nə yaxınlaşdırmaq, nə də uzaqlaşdırmaq mümkün deyil. Nə bütöv xalqlar, nə də ayrı-ayrı insanlar buna qadir deyillər.
ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ (7.35) “Ey Adəm oğulları! Sizə içərinizdən peyğəmbərlər gəlib ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”
(7.36) “Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar!” Allah Adəmin nəsillərini Cənnətdən çıxartdıqdan sonra, onlara elçilər göndərdi və Kitablar nazil etdi ki, onları sınaqdan keçirtsin. Elçilərə həvalə olunmuşdu ki, Vəhyləri insanlara oxusunlar və şəriət hökmlərini onlara izah etsinlər.
Allah bu barədə xatırlatdıqdan sonra, Allahın elçilərinin çağırışına cavab verənlərin üstünlüyü və həmçinin onların çağırışına cavab verməkdən boyun qaçıranların ziyana düşməsi haqqında xəbər verir. Kim bütpərəstlikdən, ağır günahlardan və kiçik xətalardan çəkinirsə və Allahın haram buyurduğu bütün şeylərdən özünü qoruyursa, kim qəlbən və bədən hərəkətləri ilə saleh əməllər işləyirsə, o, başqalarının qorxduğu, məşum hadisələrdən ehtiyat etməyə bilər və keçmişdə törətdiklərinə görə kədərlənməyə bilər. Həqiqətən də, əgər insan qorxu və kədərdən mühafizə edilirsə, onda o, tam əmin-amanlıq, xoşbəxtlik və əbədi uğur əldə etmişdir.
Allahın ayələrini təkəbbürlə inkar edən günahkarlar isə qəlbən onlara iman gətirməkdən və bədənləri ilə itaət etməkdən boyun qaçırdıqlarına görə mütləq Cəhənnəm əzabkeşləri olacaq və orada əbədi qalacaqlar. Onlar öz Rəbbinin ayələrinə etinasız yanaşdıqlarına və onları inadkarcasına inkar etməkdə davam etdiklərinə görə unudulacaq və əbədi işgəncəyə məruz qoyulacaqlar.