ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃﰄ ﰅﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ (7.37) “Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (Lövhi-məhfuzda) yazılmış qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?” – deyincə: “Onlar bizi qoyub qaçdılar!” – deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər”. Allaha böhtan atanlardan, Ona şərik qoşanlardan, Onun qüsurları olduğunu deyənlərdən və Onun heç vaxt demədiyini Onun adından danışanlardan da günahkar adam yoxdur. Öz Rəbbinin haqqı izah edən və doğru yolu göstərən aydın ayələrini yalan adlandıranlardan daha günahkar bir adam yoxdur.
Onlar yerin gözəlliklərindən zövq alır və onlar üçün Lövhi-məhfuzda müəyyən edilmiş yer nemətlərindən istifadə edirlər, lakin bu onlara heç bir fayda verməyəcəkdir, çünki uzun sürməyən zövq alma uzunmüddətli cəza ilə əvəz ediləcəkdir.
İnsanların canını almaları tapşırılmış mələklər onların yanına gələrək, onları qınayacaqlar: “Əvvəllər səcdə etdiyiniz bütlər və heykəllər indi haradadır? Sizin onların köməyinə ehtiyacınız olduğu an gəlmişdir. Onlar sizə fayda verə biləcəklərmi və ya sizi şərdən müdafiə edə biləcəklərmi?” Günahkarlar belə cavab verəcəklər: “Onlar yoxa çıxdılar və bizi Allahın cəzasından heç qurumadılar”.
Onlar özləri özlərinin əleyhinə şəhadət verəcəklər və zalım olduqlarını və həqarətli, sonsuz cəzaya layiq olduqlarını etiraf edəcəklər.