ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ (7.38) “(Allah Qiyamət günü onlara) buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə (özündən əvvəlki) dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat Cəhənnəm əzabı ver! (Allah) buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!” Mələklər kafirlərə deyəcəklər: “Sizdən əvvəl yaşamış cin və insanlarla birlikdə Cəhənnəmə girin! Siz eyni əməlləri etmişsiniz, kafirliyə etiqad etmiş və təkəbbürlü olmuşsunuz və buna görə də sizin hamınız Cəhənnəmdə rüsvay olmağa, məhvə və əbədi cəzaya layiqsiniz”.
Hər dəfə bir xalq Cəhənnəmə düşəndə, o, ona qohum olan xalqı lənətləyəcək. Fövqəluca Allah buyurur: “(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. Sonra da Qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz Cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!” (Ənkəbut, 29/25).
Nəhayət, hamısı bir-birinin ardınca Cəhənnəmə girib orada toplanacaqlar. Onların arasında ilk və sonrakı nəsillərin nümayəndələri, rəhbərləri və onların müti ardıcılları olacaqdır. O zaman öz rəhbərlərinin ardınca itaətkarlıqla gedən günahkarlar onları azğınlığa aparanlardan Allaha belə şikayət edəcəklər: “Ey Rəbbimiz! Bizi yoldan çıxaran onların, öz çirkin cinayətlərini bizim gözümüz qarşısında bər-bəzəkli göstərmələri oldu. Onların Cəhənnəm əzabını ikiqat artır!” Allah isə belə buyuracaq: “Hər biriniz öz qismətinə düşən cəzanı alacaqdır!”