Əl-maiDƏ (SÜFRƏ)


ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ



Yüklə 2,51 Mb.
səhifə129/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   125   126   127   128   129   130   131   132   ...   317
ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ
(7.30) “(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər”.
Allah insanların bir qismini, onlara müvafiq əməllər işlətməkdə yardım göstərərək və onların yolu üstündəki maneələri aradan qaldıraraq, doğru yola yönəldir, digərlərini isə azdırır, çünki onlar özlərini azğınlığa salan və məhvə məhkum edən əməllər törədirlər. Onlar Allahı qoyub şeytanları özlərinə havadar və köməkçi tuturlar. Məlumdur ki, kim belə edirsə, mütləq açıq-aşkar azğınlığa düşür.

Onlar özləri Rəhmanın himayəsindən boyun qaçırır və şeytanın hamiliyinə üstün­lük verirlər. Buna görə onlar Allahın yardımından məhrum edilirlər. Allah onların taleyini özlərinə həvalə edir və onlar nəhəng bir ziyana düşmüş olurlar. Lakin buna baxmayaraq, onlar elə güman edirlər ki, doğru yolla gedirlər, axı dünya onların gözündə artıq tərsinə çevrilmişdir və onlar qərara almışlar ki, həqiqət – yalan, yalan isə həqiqətdir.

Bu Quran ayələri dini hökmlərin və qadağaların Allahın müdrikliyinə tabe olma­sını və qulların mənafelərinə xidmət etməsini təsdiq edir. Fövqəluca Allah xəbər verir ki, O, heç vaxt sağlam təfəkkürə zidd olan yaramaz əməllər törədilməsinə hökm vermir, çünki O, ədalətə riayət edilməsini və səmimi olmağı əmr edir.

Bu ayələr həm də onu sübut edir ki, insan düz yola təkcə Allahın mərhəməti sayəsində gəlir, azğınlığa isə, O, onu Öz köməyindən məhrum etdikdə, düşür. Bu isə, insan öz nadanlığı üzündən şeytanı özünə havadar götürdüyü və onu azğınlığa məhkum edən əməllər törətdiyi vaxt baş verir.

Bu ayələr həm də ona dəlalət edir ki, əgər azmış adam doğru yolla getdiyini hesab edirsə, bu ona heç də bəraət qazandırmır, çünki o düz yola gəlmək imkanına malik olduğu halda bunu etmir. Onun öz düzgünlüyünə əminliyi onun zalımlığının nəticəsidir, çünki o özü doğru yolu tapmaqdan boyun qaçırır.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin