ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ (7.28) “(Şeytanla dost olanlar) ədəbsizlik (bütpərəstlik adəti üzrə Kəbəni çılpaq təvaf) etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir” - deyirlər. (Ey Peyğəmbərim!) De: “Allah ədəbsizlik (yaramaz işləri) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?” Fövqəluca Allah müşriklərin yaramaz vəziyyəti haqqında xəbər verərək bildirir ki, onlar günah işlədərək deyirdilər ki, bunu etməyi onlara Allah tapşırmışdır. Onlar Kəbənin ətrafını lüt təvaf edər və digər çox çirkin hərəkətlərə yol verərək, deyərdilər: “Atalarımız belə edərdilər və Allahın Özü belə etməyi buyurub”. Onların iddiasının birinci hissəsi doğru idi, amma ikinci hissə müdhiş bir yalan idi. Onların yalanını ifşa etmək üçün Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, belə desin: “Allah iyrənc hərəkətlər etməyə əmr vermir. Allahın kamilliyi və müdrikliyi alçaq hərəkətlər törətməyə hökm verməklə bir araya sığmaz, bu, istər sizin alçaq əməllərinizlə və ya digər günahlarla bağlı olsun. Doğrudanmı siz Allah haqqında bilmədiyiniz şeyləri danışacaqsınız? Bundan da dəhşətli böhtan ola bilərmi?”