Əl-maiDƏ (SÜFRƏ)


ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ



Yüklə 2,51 Mb.
səhifə126/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   122   123   124   125   126   127   128   129   ...   317
ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(7.27) “Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə gös­tər­mək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həv­vanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yol­dan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirmə­yən­lərin (kafirlərin) dostları etdik”.
Ey Adəmin nəsilləri! Şeytan itaətsizliyi gözləriniz qarşısında bər-bəzəkli göstərir, sizi günah işlətməyə çağırır və itaət etməməyə ruhlandırır. Ona tabe olmayın, çünki o, sizin ulu valideynlərinizi Cənnətdən məhz bu üsulla çıxartmağa nail olmuşdu. Şeytan onları yüksək mövqelərindən məhrum etmiş və onları çox aşağı pilləyə salmışdı. İndi isə o, bu qayda ilə sizinlə davranmağa cəhd göstərir. O, sizi rahat buraxmır və əlindən gələni edir ki, sizi tovlayıb yoldan çıxartsın. Buna görə ondan çəkinin, onunla müharibə apa­rın və şeytanın sizə yaxınlaşa biləcəyi yolları yaddan çıxarmayın.

Həqiqətən, şeytan və cinlərdən olan iblislər yorulmadan sizi müşayiət edirlər və sizi elə yerlərdən müşahidə edirlər ki, orada onları görə bilmirsiniz. Onlara ancaq kafirlər lazımdır, çünki imanın yoxluğu – insanın iblislərə yaxınlığının rəhnidir. Fövqəluca Allah bu barədə belə buyurur: “Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!)” (Nəhl, 16/99-100).



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin