ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ (7.25) “(Allah) buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan (dirildilib) çıxarılacaqsınız!” Adəmi, onun zövcəsini və törəmələrini yerə endirdikdən sonra, Fövqəluca Allah yerdə onların başına nə gələcəyindən xəbər verir: onlara orada yanılmalar və sınaqlarla dolu tam bir həyat sürmək nəsib olacaq. Onlara elçilər göndəriləcək və Kitablar nazil ediləcək və sonra onlar öləcəklər və torpağa basdırılacaqlar. Adəmin bütün nəsilləri onlar üçün müəyyən edilmiş müddəti yaşayıb başa vurduqdan sonra, Allah insanları dirildəcək, onları yerdən çıxardacaq və son dayanacaqları olan məskəndə məskunlaşdıracaq.
ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ (7.26) “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız”. Allah insanlara, onların geyinməsi üçün zəruri olan hər şeylə təmin edilməsi ilə bağlı göstərdiyi mərhəmətini xatırladır. Burada geyim adı altında nəinki təkcə bəzəkli libaslar, həm də dadlı yeməklər, içkilər, minik heyvanları, gözəl qadınlar və bir çox başqa şeyləri nəzərdə tutulur.
Allah qullarını onlara zəruri olan hər şeylə və hətta bundan daha çoxu ilə təmin etmiş və bildirmişdir ki, maddi nemətlər insan həyatının mənasını təşkil etmir. Allah o nemətləri onlara ona görə göndərmişdir ki, insanlar onlardan Ona ibadət etmək və itaət göstərmək üçün istifadə etsinlər53. Məhz buna görə, sonra Fövqəluca Allah xəbər verir ki, ən yaxşı libas – təqva54 libasıdır. O, dünyəvi geyimdən daha yaxşıdır, çünki həmişəlik insanla qalır. O, nə köhnəlmir, nə də dağılıb yırtılmır və həmişə qəlbin və ruhun bəzəyi olaraq qalır, yer paltarına gəldikdə isə, onunla ancaq bədənin ayıb sayılan hissələrini müəyyən vaxtlarda örtmək və yaxud bəzənmək üçün onları geymək olar, o, insana başqa faydalar gətirə bilməz. Bundan başqa, insan libasdan məhrumdursa, onun ayıb yerləri açıq qalır, lakin bu ona ziyan vermir, çünki bu mövcud şəraitdən irəli gəlir. Əgər insan Allah qorxusundan məhrumdursa, onda onun mənəvi qüsurları aşkara çıxır və bu onu rüsvayçılığa və şərəfsizliyə məhkum edir. Bax buna görə libas Allahın möcüzələrindən biridir və insanlar onun sayəsində onlara fayda verənlə zərər vuranı bir-birindən ayıra bilir və öz mənəvi libaslarını sahmana salmaq üçün zahiri paltardan istifadə edirlər.
Sonra Fövqəluca Allah Adəmin nəslini şeytana itaət etməkdən çəkindirir ki, o, bəşəriyyətin ulu babasının başına gətirdiyini onların da başına gətirə bilməsin: