(7.6) “(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik”. Allah elçilər göndərdiyi xalqlardan Onun elçilərinin çağırışına necə cavab verdiklərini soruşacaq.
Fövqəluca Allah buyurur: “(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır: “Peyğəmbərlərə nə cavab verdiniz?” O gün (canlarını qurtaracaq) xəbərlər (cavablar) onlardan gizli qalacaqdır (bütün bəhanələri kəsiləcəkdir). Onlar (Qiyamətin dəhşətindən) bir-birindən hal-əhval belə tuta bilməyəcəklər. (Hər kəs öz hayında olacaqdır)” (Qəsəs, 28/65-66). Allah həmçinin elçilərini (Allahın onlara salamı olsun!) də məsuliyyətə cəlb edəcək və onlardan Onun Müraciətini insanlara necə çatdırmaları və onların xalqının verdiyi cavab haqqında soruşacaq.
ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ
(7.7) “Sonra da onlara (nə etdiklərini) bildiyimiz üçün (hamısını bir-bir) söyləyəcəyik. Axı Biz qaib deyildik (onların yanındaydıq)”. Biz hökmən məxluqlara onların etdikləri bütün əməlləri haqqında xəbər verəcəyik, çünki Bizə onların əməlləri büsbütün məlumdur. Biz həmişə (onlarla) olmuş52 və (onları) heç vaxt tərk etməmişik.
Fövqəluca Allah buyurur: “And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik)” (Muminun, 23/17).