ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ (7.193) “Siz onları (müşrikləri və ya bütləri) doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. İstər onları dəvət edin, istər susun – birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur)”. Ey müşriklər! Əgər siz öz bütlərinizi düz yola gəlməyə çağırsanız, onlar ardınızca gəlməzlər. İnsanın vəziyyəti bütün və heykəlin vəziyyətindən daha üstündür, çünki onlar nə eşitməyə və nə də görməyə qabil deyillər ki, düz yola gəlsinlər və onu göstərsinlər. Ağıllı insana bu gerçəklik haqqında sadəcə düşünmək kifayətdir ki, bütlərin acizliyini və müşriklərin nə dərəcədə ağıllı olmadıqlarını anlaya bilsinlər.