Əl-maiDƏ (SÜFRƏ)


ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ



Yüklə 2,51 Mb.
səhifə238/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   234   235   236   237   238   239   240   241   ...   317
ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ

(7.197) “Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!”

(7.198) “Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. (Ey Elçim!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!”
Fövqəluca Allah bir daha bəyan edir ki, müşriklərin ibadət etdikləri bütlər ibadətə layiq deyillər, çünki onlar nə özlərinə xeyir gətirməyə, nə də onların qarşısında diz çökənlərə kömək göstərməyə qadir deyillər. Onların ağlı yoxdur və dualara cavab vermək bacarığına malik deyillər və hətta əgər onları düz yola gəlməyə çağırsalar, onlar onsuz da bunu etməzlər. Onlar adicə cansız heykəllərdir. Sənə elə gəlir ki, onlar sənə baxırlar, lakin onlar heç nə görmürlər, çünki onlar canlı məxluqların, göz və başqa orqanlar yapılmış təsvirləridir. Əgər onlar canlı görünsələr də belə, onların üzərində sadəcə düşünmək kifayət edər ki, onların hərəkət etməyi və yerini dəyişməyi belə bacarmayan cansız heykəllər olmalarını yəqin edəsən. Müşriklər onlara ibadət edərkən nəyə əsaslanırlar? Onlara ibadət ayinlərini həsr etməkdən və onlara yaxınlaşmaqdan nə kimi faydalar əldə edirlər?

Bunu anlayan insan başa düşür ki, hətta əgər müşriklər öz bütləri ilə birləşərək, göylərin və yerin Yaradanının himayə etdiyi möminləri hiyləgərliklə ziyana salmaq istəsələr, onlar onsuz da onlara bir zərrəcik boyda zərər vura bilməzlər. Həqiqətən, onların hamısı tamamilə aciz məxluqlardır, halbuki Allahın hakimiyyəti və qüdrəti kamildir. Təkcə Onun himayəsi altında olan və Ona təvəkkül edən qullar qüdrətlidirlər.

Belə bir rəy mövcuddur ki, baxan, lakin görməyənlər adı altında Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən boyun qaçıran müşriklər nəzərdə tutulur. Bu halda Allah sanki Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) aşağıdakı sözlərlə müraciət edir: “Sən güman edirsən ki, onlar, bundan fayda götürməyə və haqqı yalandan fərqləndirməyə cəhd edərək, sənə baxırlar, lakin axı onlar sənin hər bir dərrakəli insana aydın olan əsil keyfiyyətlərini və məziy­yətlərini, gözəlliyini, kamilliyini və doğruçuluğunu görməyə qadir deyillər”.


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin