Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə239/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   235   236   237   238   239   240   241   242   ...   317
ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ
(7.199) “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!”
Bu ayə müsəlmanlara ünsiyyət zamanı insanlara ehtiramla yanaşmağı əmr edir və onlarla necə davranmağı öyrədir. İnsanlara qarşı münasibətdə yumşaq və mərhəmətli olmaq, ətrafdakıları onlar üçün çətin olmayan əməllərə və əxlaqi keyfiyyətlərə dəvət etmək lazımdır. İnsanlara bacarmadıqları işi həvalə etməyə yol vermək olmaz. Əksinə, xeyirxah əməlləri və sözlərinə görə bəzi cüzi qüsurlarını onlara bağışlamalı və bəzi çatışmazlıqlarına göz ymulmalıdır. Kiçiklər qarşısında onların azyaşlılığına, zəif ağıllılar qarşısında onların ağıllarının çatışmazlığına və həmçinin kasıblar qarşısında onların aztəminatlılığına görə təkəbbür göstərilməmə­lidir. Əksinə, hər kəsə xeyirxahlıqla – şəraitin tələb etdiyi tərzdə yanaşılmalıdır və in sanlara həmişə sevinc bəxş edilməlidir.

Müsəlman başqalarını gözəl sözlər danışmağa, gözəl işlər görməyə və yaxınlarına və o qədər də yaxın olmayanlara yaxşılıq etməyə öyrətməlidir. Ətrafdakılarla ünisyyətə girdikdə onlara bilik öyrətmək və onları yaxşılıq etməyə ruhlandırmaq lazımdır. İnsanları qohumluq əlaqələrini möhkəmlətməyə, valideynlərə hörmətlə yanaşmağa, insanlar arasında əmin-amanlıq yaratmağa çalışılmalıdır. Onlara faydalı məsləhətlər verməli, düzgün qərarlar təklif etmək, xeyirxahlıqda və təqva məsələlərində yardım göstərmək lazımdır. Bununla yanaşı onları bəd əməllərdən çəkindirməli və həm dində və həm də bu həyatda xeyirxahlığı necə əldə etməyi insanlara öyrətməlidir.

Bu yolda dəvətçi hökmən cahil insanlar tərəfindən məruz qalacağı haqsızlıqlara səbr etməlidir. Buna görə Fövqəluca Allah belələrindən üz döndərməyi və nadanlıqda onlara bənzəməməyi əmr etmişdir. Əgər müsəlmanı söz və ya əməllə incidirlərsə, onda o, belə təhqirlərə təhqirlə cavab verməməlidir. Əgər onu haqqından məhrum edirlərsə, o, onu incidənin özünü onun haqqından məhrum etməməlidir. Əgər onunla qohumluq əlaqə­lərini kəsirlərsə, yaxşı olardı ki, o, onları bərpa etməyə səy göstərsin. Əgər onunla ədalətsiz davranırlarsa, o, buna baxma­yaraq ədalətsizlik etməməli və qərəzkar olmamalıdır. O ki, qaldı cinlərdən olan şeytanlara, bu barədə Fövqəluca Allah belə buyurur:


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin