(7.200) “Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) Eşidəndir, Biləndir!” Səni yaxşı əməllər etməkdən saxlamağa və ya cinayətə yönəltməyə cəhd göstərmək istəyən şeytanın təhrikini hiss edən kimi, kömək üçün Allaha sığın və Ondan səni qorumasını dilə. Həqiqətən, O, sənin dediklərinin hamısını eşidir, sənin niyyətlərini və zəif yerlərini bilir. O, sənin nə dərəcədə səmimi qəlblə Onun Himayəsinə can atdığını bilir və O, səni şeytanın təhriklərindən və azğınlıqlarından hökmən qoruyacaqdır.