Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə248/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   244   245   246   247   248   249   250   251   ...   317
ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ
(8.4) “Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (Qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz ruzi gözləyir!”
Sadalanan keyfiyyətlərə malik olan əməlisaleh insanlar əsil iman sahibləridir, çünki onlar İslama etiqad edirlər və haqq din tərəfdarlarıdır, qəlbən və zahiri hərəkətləri ilə xeyirxah işlər görürlər, doğru biliklər əldə edirlər və əməldə onları əsas tutaraq Allah və Onun qulları qarşısında öz vəzifələrini yerinə yetirirlər.

Bundan və bundan əvvəlki ayələrdən bir sıra nəticələr çıxartmaq olar. Birincisi, möminlərin əməllərini sadalayaraq, Fövqəluca Allah, əvvəlcə, onların qəlbən yerinə yetirdikləri əməlləri haqqında xəbər verir, çünki bu əməllər bədən hərəkətləri ilə icra edilən əməllərin özülünü təşkil edir və sonunculardan üstündür. İkincisi, iman arta və azala bilər: o, saleh73 əməllər sayəsində artır və itaətsizlik nəticəsində azalır. Üçüncüsü, Allahın qulu öz imanı haqqında fikirləşməli və onu artırmağa çalışmalıdır. Bunun ən təsirli üsullarından biri – Allahın Kitabı üzərində düşünmək və onun mənasını dərk etməkdir.

Allah bu barədə xatırlatdıqdan sonra, əsil möminlər üçün hazırlanmış mükafatlar­dan bəhs edir. Möminlər yüksək Cənnət dərəcələrinə yüksəldiləcəklər ki, o dərəcələr onların əməllərindən asılı olaraq bir-birindən fərqlənəcəkdir. Onların günahları bağışlanacaq və onlara Allahın rəhmət məskənində səxavətli qismət nəsib olacaq. Bu qismət sırasında gözlərin görmədiyi və qulaqların eşitmədiyi və hətta insan qəlbinin düşünmədiyi şeylər vardır.

Deyilənlərdən belə çıxır ki, imanı kamil olmayan saleh insanlar Cənnət sakinləri arasında olacaqlarına baxmayaraq, əsil möminlər üçün hazırlanmış kamil mükafatlardan ala bilmə­yə­cəklər.


ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨﮩ ﮪﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin