ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ (7.206) “Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq Ona səcdəyə qapanarlar!” Fövqəluca Allah xəbər verir ki, Onun qulları arasında daima Ona ibadət və xidmət edən mələkləri vardır. İnsanlar bilməlidirlər ki, Allah onlardan ibadət etməyi ona görə tələb etmir ki, ibadət edənlərin sayını artırsın və ya alçaldılmadan və acizlikdən xilas olsun. O, Ona ibadət etməyi ona görə əmr edir ki, ibadət edənlər bundan faydalansınlar və onların yaxşı əməllərinin dəyərini dəfələrlə üstələyən mükafat ala bilsinlər. Buna görə, O, bəyan edir ki, Ona yaxın olan mələklər və Onun Kürsüsünü daşıyanlar Ona ibadət etməyi özlərinə ar bilməzlər, Onun qarşısında müti olarlar və Onun hər hökmünü yerinə yetirirlər. Onlar gecə-gündüz Ona həmd edir, Onun qarşısında səcdə qılır və Ona şərik qoşmurlar. Yerdə qalan digər qullara gəldikdə isə, onlar alicənab mələklərdən nümunə götürməli və Hərşeydənxəbərdar Hökmdara yorulmadan ibadət etməlidirlər.