ﮉﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞﮟﮠ ﮡ
(8.12) “(Ey Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!”
Allah mələklərinə köməyini və yardımını onlardan əsirgəməyəcəyini bildirir və onlara əmr edir ki, möminlərin ürəyinə cəsurluq və Onun mərhəmətini qazanmaq üçün Onun yolunda düşmənlə vuruşmaq arzusu təlqin etsinlər. Allah Özü isə kafirlərin qəlbinə qorxu salacağını vəd etdi, çünki qorxu – müsəlmanlara düşmən üzərində qələbə çalmağın ən böyük amillərindən biridir. Allah möminləri müdafiə edərək kafirlərin ürəyinə qorxu salır ki, bundan sonra onlar müsəlmanlara müqavimət göstərə bilmirlər və məğlubiyyətə uğrayırlar.
Kafirlərin başlarını vurmaq və barmaqlarını kəsmək əmrinə gəldikdə isə, bu, Allahın möminlərə yardım göstərməyi təlqin etdiyi mələklərə aiddir. Belə olduğu halda, bu vəhy, Bədr yaxınlığındakı döyüşdə mələklərin bilavasitə iştirak etmələrini təsdiqləyən dəlildir. Bu əmr, ola bilsin ki, Allahın döyüşə ruhlandırdığı və döyüşdə müşriklərə qarşı necə amansız olmağı öyrətdiyi möminlərə də şamil edilsin.
Dostları ilə paylaş: |