ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ (8.23) “Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər”. Əgər Allah fasiqlərə eşitmə qabiliyyəti versəydi də, onlar Ona itaət etməyi rədd edəcəkdilər, çünki onlar qətiyyən haqqa can atmırdılar. Bu ona dəlalət edir ki, Fövqəluca Allah xeyirxahlıqdan məhrum olanları və müsəlman olmağa layiq olmayanları imandan və uğurdan məhrum edir. Belə qərarlar İlahi müdrikliyinə uyğundur. Buna görə həmd təkcə Ona məxsusdur.