ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭﮮﮯ ﮰﮱ ﯓ ﯔ ﯕﯖ (8.31) “Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik: istəsək, biz də bunun bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!” – söyləyərlər”. Fövqəluca Allah Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) inkar edən kafirlərin inadkarlığı barədə xəbər verir. Onlara Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiklərinin hamısının gerçəkliyini təsdiq edən Quran ayələrini oxuduqda, onlar deyirdilər: “Biz bunların hamısını artıq eşitmişik. Bunlar – qədim xalqların əfsanələridir”. Bu sözlər onların inadkarlığının və zalımlığının nəticəsi idi. Əgər bu belə olmasaydı, onda Quran vəhylərinə bənzəyən heç olmazsa bir surə yazmaq üçün, Ondan başqa, bütün istədiklərini köməyə çağırmaları haqqında Allahın onlara yönəltdiyi təklifi qəbul edərdilər. Onlar bu dəvəti qəbul etmədilər və öz gücsüzlüyünü gizlədə bilmədilər. Onların sözlərinə gəldikdə isə, onlar tamamilə əsassız idi və mövcud gerçəklik onları təkzib edirdi. Onlar çox gözəl bilirdilər ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) savadsız insan idi, nə oxumağı və nə də yazmağı bilmirdi. O (ona Allahın salavatı və salamı olsun!) uzaq səfərlərə getməmişdi ki, qədim xalqların hekayətlərini öyrənə bilsin. Bütün bunlara baxmayaraq, o (ona Allahın salavatı və salamı olsun!) bəşəriyyətə elə bir Kitab gətirdi ki, ona yalan nə qarşıdan, nə də arxadan yaxın düşə bilməz. O (ona Allahın salavatı və salamı olsun!), Müdrik və Hərhəmdəlayiq Allah tərəfindən nazil edilmiş Kitab gətirmişdir.