ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ (8.27) “Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və aranızdakı əmanətlərə xəyanət etməyin!”81 Fövqəluca Allah qullarına buyurur ki, Onun qarşısında, əmr olunanı icra etməklə və qadağan olunandan çəkinməklə, vəzifələrini yeriə yetirsinlər. Allah göylərə, Yerə və dağlara dini hökmləri yerinə yetirmək öhdəliyi götürməyi təklif etdi, amma onlar məsuliyyətdən qorxaraq, belə bir yükü öz üstünə götürməkdən boyun qaçırdılar. Lakin insan belə ağır bir yükü aparmağa razılaşdı, çünki o, öz təbiəti etibarı ilə zalım və nadandır. Allah qarşısında öz vəzifələrini yerinə yetirənlər bol mükafatlara layiq görülür. Kim ki, öz vəzifələrini yerinə yetirmir və ona göstərilmiş etimada xəyanət edirsə, o, sərt cəzaya məruz qoyulur. Belə günahkarlar Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onlara göstərilmiş etimada xəyanət edərək, öz ləyaqətini alçaldırlar. Onlar xainlikləri üzündən ən alçaq və qüsurlu sifətlərə malikdirlər və bununla özlərini ən kamil və ən gözəl keyfiyyətdən – sədaqətli olmaqdan məhrum edirlər.