Əl-maiDƏ (SÜFRƏ)


ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ



Yüklə 2,51 Mb.
səhifə273/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   269   270   271   272   273   274   275   276   ...   317
ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(8.35) “Onların Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müş­riklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!”
Fövqəluca Allah istəyir ki, Məscidülharam elə bir məbəd olsun ki, orada Onun dininə etiqad edilsin və təkcə Ona səmimi ibadət olunsun. Mömin müsəlmanlar bu hökmü yerinə yetirirdilər, müşriklər isə, onlara ona, hətta yaxınlaşmağa belə imkan verməyərək, onun özünə də heç bir əhəmiyyət vermirdilər. Hətta, ibadət ayinlərinin ən əzəmətlisi olan namaz müşriklər üçün fışdırıq və əl çalmaqdan başqa bir şey deyildi. Nadan cahillər özlərini məhz belə aparır, öz Rəbbinə qətiyyən ehtiram göstərmir, şeylərin əsil mahiyyətini bilmir və yer üzündə ən yaxşı və ən şərəfli guşəyə hörmət bəsləmirdilər. Əgər müşriklərin ibadətini belə keyfiyyətlərlə səciyyələndirmək mümkündürsə, bəs onda onların digər ayinləri haqqında nə demək olar?! Niyə onlar elə güman edirdilər ki, onların Məscıdülharama, Allahın Öz Kitabında qeyd etdiyi kimi namazda muti olan, boş-boş danışıqlardan çəkinən, çoxsaylı tərifəlayiq keyfiyyətlərə malik və müxtəlif xeyirxahlıqlar edən mömin müsəlmanlardan daha çox haqları var?!

Təəccüblü deyil ki, Allah Məscidülharamı müsəlmanların84 öhdəsinə vermişdi və onların hakimiyyətini bu müqəddəs torpaqlarda bərqərar etmişdi. Bu baş verdikdə Fövqəluca Allah buyurmuşdur: “Ey iman gətirənlər! Müşriklər (batinləri xəbis, etiqadları puç və iyrənc olduğuna, su başına çıxdıqdan sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına və cənabət qüslü etmədiklərinə görə), doğrudan da, murdardırlar. Özlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidülhərama yaxın­laşmasınlar...” (Tövbə, 9/28).



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin