ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ (8.33) “Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir. Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!” Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) müşriklərin yanında olması onları cəzalandırılmaqdan qoruyurdu. Onlar öz qorxulu nitqlərini çoxsaylı insanların hüzurunda bəyan edirdilər, amma sözlərinin qüsurluluğunu dərk edirdilər. Onlar Allahın onları cəzalandıracağından ehtiyat edirdilər və bağışlanmaları haqqında Ona yalvarırdılar və buna görə də Allah xəbər verir ki, müşriklər Ondan bağışlanmalarını istədikdə O, onları cəzalandırmaz. Qeyd olunan şərtlər onları Allahın cəzasından qoruyurdu. Lakin onların cəzaya məruz qoyulması üçün olduqca çoxsaylı səbəblər var idi. Buna görə, sonra Fövqəluca Allah buyurur: