Əl-maiDƏ (SÜFRƏ)


ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ



Yüklə 2,51 Mb.
səhifə267/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   263   264   265   266   267   268   269   270   ...   317
ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ
(8.29) “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və Axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) Sahibidir!”
Qulun Allahdan qorxması onun xoşbəxtliyinin və uğur qazanmasının rəhnidir. Allah bildirir ki, insan bu keyfiyyəti sayəsində həm bu dünya həyatında və həm də öləndən sonra saysız-hesabsız nemətlər əldə edə bilər. Şərh etdiyimiz ayədə Allah buyurur ki, təqvalı qul dörd üstünlük əldə edir və onların hər biri yer aləmindən (onun bütün nemətləri ilə birlikdə) üstündür.

Birinci üstünlük – gerçəyi yalandan fərqləndirə bilmək bacarığıdır. Burada nəzərdə tutulan faydalı biliklər və doğru rəhbərlikdir ki, onların sayəsində insan düz yolu azğınlıqdan, haqqı nahaqdan, halalı haramdan, xoşbəxt möminləri bədbəxt günahkarlar­dan fərqləndirir.

İkinci və üçüncü üstünlüklər – xətaların bağışlanması82 və günahların əfv edilməsidir. Bu iki xüsusiyyət, birgə və ya ayrı-ayrılıqda xatırlanmasından asılı olma­yaraq, bir-biri ilə bağlıdır. Şərhçilər hesab edirlər ki, xətaların bağışlanması kiçik günahların, əfv isə böyük günahların bağışlanmasına aiddir.

Dördüncü üstünlük - ən böyük mükafatlandırılma və qiymətli hədiyyədir ki, o, Allahın razılığını öz arzularından üstün tutan təqvalı möminlər üçün hazırlanmışdır.



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin