ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ
(8.22) “Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır”.
Canlı məxluqların ən pisi ayələrdən və və nəsihətlərdən fayda götürməyənlərdir. Onlar haqdan söhbət edildikdə kar və lal olanlardır. Onlar nəyin fayda verdiyini anlamağa o qədər qadir deyillər ki, onlara əhəmiyyətli dərəcədə zərər verəndənsə, fayda verəni üstün tuta bilmirlər. Belə məxluqlar Allah qarşısında ən zərərli heyvanlardan da pis vəziyyətdədirlər. Allah onlara eşitmə, görmə qabiliyyəti və ağıl vermişdir ki, onlar həmin orqanlarından istifadə edərək, Öz Rəbbinə itaət etsinlər, lakin onlar o vasitələrdən günah törətmək üçün istifadə edir ki, bunun nəticəsində də özlərini böyük nemətlərdən məhrum edirlər. Onlar ən yaxşı məxluqların əks tipləridir; onlar doğru yolla getməkdən boyun qaçırmış və məxluqlardan ən pisi olmağı üstün tutmuşlar.
Onların məhrum edildikləri eşitmə qabiliyyəti eşidiləni dərk etmək istedadından ibarətdir. Lakin onlar ümumiyyətlə, eşitmək bacarığından məhrum edilməmişlər və buna görə də Fövqəluca Allah həqiqəti onların nəzərinə çatdırmışdır. Onlar Onun ayələri və möcüzələri haqqında eşitmişlər, amma bu, onlara fayda gətirməmişdir, çünki Ona məlum idi ki, onlarda xeyirxahlıq yoxdur və onlar Onun möcüzələrini lazımınca anlamağa layiq deyillər.
Dostları ilə paylaş: |