\d
ƏL-ƏNFAL
(“QƏNİMƏTLƏR”)
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ ﭓ ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ﭑ ﭒ ﭓﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ
(8.1) (Ey Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!”
Qənimət – müsəlmanların Allahın iradəsi ilə düşməni məğlub edərək, kafirlərdən ələ keçirdikləri əmlakdır. Bu ayələr, Bədr döyüşündən sonra müsəlmanlar müşriklərə üstün gəldikdə və ilk böyük həcmli hərbi qənimətə sahib olduqda, nazil edilmişdir. O zaman bir sıra müsəlmanlar arasında qənimətlərin bölüşdürülməsi üstündə ixtilaf baş vermişdi və onlar məsləhət almaq üçün Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müraciət etmişdilər. O vaxt Fövqəluca Allah hərbi qənimətlərin necə və kimlərin arasında bölüşdürülməsini izah etmək məqsədilə bu ayələri nazil etmişdi.
Ey müsəlmanlar! Qənimətlə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) məxsusdur. Onlar onu istədikləri kimi bölüşdürə bilərlər və siz onların qərarına müqavimət göstərməməlisiniz. Əksinə, onun (ona Allahın salavatı və salamı olsun!) qərarları sizi qane etməlidir və siz ona (ona Allahın salavatı və salamı olsun!) itaət etməlisiniz. Siz Allahın hökmlərini yerinə yetirərək və Onun haramlarını pozmadan Allahdan qorxmalısınız. Siz aranızda düşmənçilikdən və ixtilaflardan çəkinməli, qarşılıqlı məhəbbətə və qarşılıqlı anlaşmaya can atmalı, bir-birinizdən inciməkdən uzaq olmalı və mehribançılıq münasibətləri saxlamalısınız. Siz ancaq bu yolla birləşə və qarşılıqlı küsüşmələrin nəticələri olan hər hansı ziddiyyətlərə və kin-küdurət dolu mübahisələrə son qoya bilərsiniz.
İnsanlar arasında ziddiyyətlərin tənzimlənməsi onların ətraflarındakılara hörmətlə yanaşmasını və onları incidənlərə qarşı güzəşt göstərilməsini nəzərdə tutur ki, bunun sayəsində düşmənçiliyin və insanların qəlbində özünə yuva salan nifrətin kökünü kəsmək mümkünləşir. Allah bunları xatırlatdıqdan sonra, Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət göstərməyi əmr edir və bu hökm geniş mənada bütün möminlərə aiddir. Məhz iman insanları Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) tabe olmağa sövq edir. Əgər insan Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən, nöqsanlara yol verməklə, tamamilə boyun qaçırırsa, onda onun imanı yarımçıqdır.
Beləliklə, insanların imanını iki dərəcəyə ayırd etmək olar. Birinciyə aid olan – kamil imandır. Buna görə insan tərifə layiq görülür və o ona ən böyük müvəffəqiyyət qazanmağa gömək edir. İkinci dərəcəyə aid olan isə qeyri-kamil imandır. Aşağıdakı ayələrdə Allah kamil imandan bəhs edir:
Dostları ilə paylaş: |