ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ (5.32) “Bu səbəbə görə Biz İsrail oğullarına yazdıq ki: “qətl törətməyən və ya yer üzündə fəsad yaymayan bir insanı öldürən kəs bütün insanları öldürmüş kimidir, kim də bir insanın həyatını qoruyarsa, o, bütün insanların həyatını qorumuş kimi olar. Bizim elçilərimiz artıq açıq-aydın ayələrimizlə onların yanına gəlmişlər, lakin bundan sonra da, onların əksəriyyəti yer üzündə qudurğanlıq edir”. Adəmin iki oğlu haqqında hekayət onunla sona yetdi ki, onlardan biri öz qardaşını öldürdü və ondan sonra qətl törədənlər üçün yol açdı. Bu hekayətdən aydın olur ki, qətlin kədərli nəticəsi həm bu dünyada və həm də Axirət həyatında peşmançılıq və zərər olacaqdır. Buna görə Allah Səma Kitablarına uyğun olaraq yaşayan İsrail oğullarına əmr edir ki, bir insanın, başqasını öldürməsi və ya yer üzərində fitnə-fəsad yayması istisna edilməklə, öldürülməsi bütün insanları eyni vaxtda öldürmək kimidir. Bu, öldürülənlə digər insanlar arasında fərqin olmaması ilə və həm də insanın təkcə şəriətin yol verdiyi halda öldürülməsinə icazə verilməsi ilə izah edilir. Əgər qatil ölümə layiq olmayanı həyatdan məhrum edirsə, onda bu o deməkdir ki, onun üçün qətl etdiyi ilə qalan insanlar arasında fərq yoxdur və o, ancaq onu pislik törətməyə yönəldən nəfsinin istəklərinə tabe olmuşdur.
Eyni şeyi, Fövqəluca Allah qarşısında qorxu hissi keçirdiyinə görə, nəfsinin ona başqa əmr verməsinə baxmayaraq, insanı öldürməyib həyatını xilas edən haqqında da demək olar. Belə insan sanki bütün insanların həyatını xilas edir, çünki Allah qarşısında qorxu hissi onu ölümə layiq olmayan hər hansı bir adamı öldürməkdən hökmən saxlayar.
Bu ayədən aydın olur ki, iki halda insanı öldürməyə icazə verilir.
Birincisi, insan qanuni əsasları olmadan qəsdən qətl törətdikdə, əgər o həddi-buluğ yaşına çatmışsa, törətdiyi qətlə görə məsuliyyət daşımalıdırsa, yəni, öldürülənin valideyni deyilsə, onu edam etməyə icazə verilir.
İkincisi, əgər insan yer üzündə dinə, insanların həyatına və mülkiyyətinə zərər vuraraq şərəfsizlik, fitnə-fəsad yayırsa. Bu, mürtədlərə, döyüşkən kafirlərə və bidət təbliğatçılarına aiddir ki, onların qarşısını ancaq edam etməklə almaq mümkündür. Bu həmçinin yol kəsən soyğunçulara və insanlara hücum çəkərək onların həyatını və malını təhlükə altına alan digər cinayətkarlara aiddir.
Sonra Allah bildirir ki, insanlara aydın mənalı ayələr göndərilmişdi və onlar insanların öz şərəfsizliklərinə haqq qazandırmasına imkan vermir. Buna baxmayaraq, insanların əksəriyyəti onları düz yolla getməyə məcbur edən təkzibolunmaz dəlilləri dinləyərək, yenə də haram edilmiş sərhədləri aşmaqda davam edir, günahlar törədir, onlara aydın ayələr və dəlillər gətirən Allahın elçilərinə müqavimət göstərirlər.