"Allah, sizə övladlarınız haqqında (bunu) tövsiyə edər..." ifadəsiylə başlayıb "Allah, biləndir, halım" ifadəsiylə sona çatan iki ayə, bu surənin sonunda iştirak edən "Səndən fətva istəyərlər. Də ki: "Allah, atası və uşağı olmayan kimsənin mirası haqqındakı hökmü belə açıqlayır" ifadəsiylə başlayan ayə və bunlara əlavə olaraq "Ana-atanın və yaxınların arxada qoyduqlarından kişilərə bir pay vardır..." ayəs(n)i və "Qohum olanlar, Allahın kitabına görə, bir-birlərinə... daha yaxındırlar." (Əhzab, 6 və Ənfal, 75) ayələri, bu beş və ya altı ayə, İslamda mirasla əlaqədar Quranı qanunlardır. Nəql edilən hədislər də söz mövzusu ayələrə ən yaxşı şəkildə işıq tutmuş və detalları açıqlamışlar. Söz mövzusu ayələrdən mirasla əlaqədar detallı hökmlər mövzusunda təməl dayaq olan bir neçə küllü xüsus çıxarılmışdır: