"İşdə bunlar, Allahın sərhədləridir... onun üçün alçaldıcı bir əzab vardır." Ayənin orijinalında keçən "hudud=sınırlar" sözü, "hədd"in çoxluğu olub, iki şeyin bir-birinə qarışmasını və aralarındakı imtiyazların qalxmasını önləyəcək olan maneə və vəziyyətə deyilir. Məsələn ev və bostan sərhədi kimi. Burada nəzərdə tutulan, mirasla əlaqədar hökmlər və açıqlanan feraiz, bölünmələrdir. İki ayədə, uca Allah miras mövzusunda Allaha və Rəsuluna itaət edənə veriləcək savabı və itaət etməyənin düçar olacağı davamlı və alçaldıcı əzabı açıqlayaraq onun mövqesini uca etmişdir.