"Allah möminlərə özlərindən bir peyğəmbər göndərməklə onlara qarşı böyük bir lütf etdi..." Bu ayədə də başqa bir iltifat sənəti vardır. Möminlərə xitab etməkdən imtina edilərək onlara üçüncü tək şəxs olaraq toxunulmağa keçilmişdir. Buralardakı üslub dəyişikliklərinin ümumi səbəbi daha əvvəl ifadə edilmişdi.
Buradakı dəyişikliyin xüsusi səbəbinə gəlincə, bu ayənin məqsədi möminlərə iman sifətləri səbəbi ilə Allahın lütf etdiyini vurğulamaqdır. Buna görə "möminlər" deyildi. Bu məqsədi bu sifətdən başqa bir söz ifadə etməz. Hətta "iman edən kəslər" belə deyilsə, bu məqsəd reallaşmaz. Çünki səbəb-nəticə əlaqəsini vurğulayan ya da tam mənas(n)ı ilə vurğulamağı təmin edən ifadə sifət istifadə etməkdir. Ayənin mənas(n)ı isə açıqdır.
Bu ayənin araşdırılacaq başqa istiqamətləri də vardır. Bunların bir hissəsinə İnşallah irəlidə uyğun yerlərində toxunacağıq.
165- (Bədir döyüşündə) iki qatını (düşmənin) başına gətirdiyiniz bir müsibət, (Uhud Döyüşündə) sizin də başınıza gəlincəmi, "Bu da haradan?" deyirsiniz? Də ki: "Bu, sizin özünüzdən (öz tutumunuzdan) qaynaqlandı." Heç şübhəsiz Allahın hər şeyə gücü yetər.