Mən deyərəm ki: et-Dürr-ül Mensurda bu rəvayət başqa bəzi kanallardan Sehl b. Saaddan başqalarına söykənilərək də nəql edilmişdir. Biləsin ki, bu ayələrin eniş səbəbləri haqqında bir çox rəvayətlər vardır. Bunlar şəxsi görüşlər istiqamətində yaraşdırmalar olduqları açıq olduğu üçün onlara yer vermədik.
190- Göylərin və yer üzünün yaradılışında, gecə ilə gündüz bir-biri ardınca gəlib gedişində təmiz ağıl sahibləri üçün həqiqətən ayələr (dəlillər) vardır.
191- Onlar, ayaqda ikən, oturarkən və yanları üzərinə yatarkən Allahı xatırlayarlar; göylərin və yer üzünün yaradılışı haqqında mütəfəkkirlər və (belə deyərlər:) "Rəbbimiz! Sən bunu boşuna yaratmadın. Sən (belə bir iş etməkdən) münəzzəhsən. Bizi cəhənnəm əzabından qoru!