"Göylərin və yer üzünün yaradılışında..." Yəqin buradakı yaradılışdan; varlıqların yaradılış formaları, təsirləri və hərəkət, hərəkətsizlik, dəyişmə və çevrilmə kimi hərəkətləri nəzərdə tutulmuşdur. Buna görə göylərin və yer üzün yaradılışı, gecə ilə gündüz bir-birinin ardınca gəlib gedişi konkret ayələrin (nişanaların) əksəriyyətini əhatə etməkdədir. Bununla əlaqədar şərh, Bəqərə surəsində edilmişdir. [10] Ayrıca "ulu'l elbab=temiz ağıl sahibləri" ifadəsinin mənasına da daha əvvəl toxunulmuşdu. [11]