Əlavə`````````````````````````` Balıqdan hazırlanan xörəklərin iaşədə əhəmiyyəti



Yüklə 108,13 Kb.
səhifə17/48
tarix22.04.2023
ölçüsü108,13 Kb.
#101460
1   ...   13   14   15   16   17   18   19   20   ...   48
İT-019iaşə-3 mühazirə təzə-1

Ət məhsulları ilə qatışıq omlet. Ət məhsulları kicik kubiklər və ya tikələr şəklində doğranır və qızardılır, doş əti isə bişirilir.Sonra tavaya qızartmaq ucun yağ əlavə edilir, uzərinə omlet
kutləsi tokulub qarışdırılır və təbii omletin hazırlandığı qayda ilə qızardılır. Ssufrəyə veriləndə uzərinə ərinmiş yağ gəzdirilir.
Qayğanaq. Yumurta sındırılır, kasa və ya dərin boşqabın icinə boşaldılır duz vurulur və calınır. Tavada yağ qızdırılır və calınmış yumurta yağın icinə tokulur, 3-4 dəq. sonra yumurta bərkidiyindən ərsinlə cevrilir və hər ikinci uzu yağda qızardılır.Qayğanağı qızardıcı şkafda da bişirmək olar. Sufrəyə verildikdə uərinə darcın səpilir, yanına duz və istiot qoyulur.
Şirin və ya ballı qayğanaq. Yumurta sındırılır, qazana boşaldılır, uzərinə duz səpilib yungulcə calınır. İsidilmiş tavaya yağ qoyulur və uzərinə calınmış yumurta tokulur. Qayğanağ qızardıcı
şkafda bişirilir.Sufrəyə verdikdə uzərinənə şəkər pudrası səpilir və ya bal tokulur..


Mövzu-7
Kəsmikdən hazırlanan xörəklərin iaşədə əhəmiyyəti.
Kəsmikdən hazırlanan xörəklər.

Kəsmikdən və kəsmik kutləsindən soyuq və isti xorəklər hazırlanır. Soyuq xorəklərə, dad və ətirverici maddəli (vanil, zirə) və muxtəlif iclikli (kişmiş, fındıq, kakao tozu və s.) kəsmik kutləsi,sudlu, xamalı, şəkərli kəsmik, kəsmikli krem, isti xorəklərə isə vareniklər, sırniklər, zapekankalar, pudinqlər aid edilir.


Yağlı (yağlılığı 18%, nəmliyi 65%) və yarımyağlı (yağlılığı 9%, nəmliyi 73%) kəsmiklərin təbii şəkildə realizə edilməsi məqsədə uyğundur. Yarımyağlı və yağsız (nəmliyi 80%) kəsmiklərin
isti xorəklərin hazırlanmasında istifadə edilməsi təklif olunur.
Təbii şəkildə sufrəyə verilən kəsmik surtgəcdən kecirilmir.
Təbii şəkildə sufrəyə verildikdə yalnız pasterizə edilmiş suddən hazırlanmış kəsmikdən istifadə edilməlidir.
İsti xorəklərin hazırlanması ucun kəsmik ilkin olaraq surtgəc maşınından kecirilir. Az miqdar hazırlanması tələb olunan kəsmik isə ələkdən kecirilir. Surtgəcdən kecirilərkən 1-2% itki
yaranır. Kəsmikli ikinci isti xorəklər bişirmə ( təzə varenik, buxarda bişirilmiş pudinq), qızartma (sırniklər, kəsmikli batonlar) və kulləmə edilmə (pudinqlər, zpekankalar) usulları ilə hazırlanır.
Sırniklər şəkərli və şəkərsiz, həmcinin muxtəlif tərəvəzli (kartof, yerkoku) və ya ədviyyatlı (zirə) hazırlanır.
Pudinqlər zapekankalardan tərkibinə əlavə edilən komponentlərin (vani, kişmiş, şəkərli meyvə) coxluğu, həmcinin calınmış yumurta ağı əlavə edilməsi hesabına daha zərif konsistensiyaya
malik olması ilə fərqlənir.
Xorək hazırlanarkən 1 kq kəsmiyə 10 q xorək duzu qatılır.
Kəsmik kutləsi hər paya 100-200 q olmaqla təzə, konservləşdirilmiş və tezdondurulmuş meyvə və giləmeyvə (hər paya 50-70 q), murəbbə, xama, qoz ləpəsi ilə, duzlu kəsmik kutləsi isə
xama ilə sufrəyə verilir. Sufrəyə verilərkən goy kahı yarpaqları ilə (hər paya netto cəki ilə 15 q) xorək tərtibə salınır. Bu halda xorəyin cıxar norması uyğun olaraq artırılır.
Kəsmikli ikinci xorəklər yağ, xama, şəkər və ya şirin sousla sufrəyə verilir. Bu xorəkləri muxtəlif meyvə və giləmeyvə ilə də sufrəyə vermək olar (hər paya netto cəki ilə 50-70 q).
Kəsmiyi uzun muddət saxlamaq ucun onu -25-30°C temperaturda dondururlar. Donun acılması zamanı tezdondurulmuş kəsmiyin quruluşu və konsistensiyası bərpa olunur. Noqsanlı kəsmik yem qoxulu, acı təm, turşumuş dad verən, xırda dənəli olur. Cirklənmiş və kiflənmiş kəsmik satışa buraxılmır.



Yüklə 108,13 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin