Elçin Mehdi. Avroppa Ittifaqının müasir enerji təhlükəsizliyində Azərbaycanın yeri // Strateji Təhlil. Bakı, 2014. №7 S. 165-180


Aİ-nin enerji siyasətinin xüsusiyyətləri



Yüklə 212 Kb.
səhifə2/11
tarix21.02.2022
ölçüsü212 Kb.
#52896
1   2   3   4   5   6   7   8   9   10   11
TAP-TANAPaz

Aİ-nin enerji siyasətinin xüsusiyyətləri.
Ötən 20 il ərzində enerji siyasətinin əhəmiyyəti həm regional, həm də qlobal məsələyə çevrilmişdir. Xüsusilə üç əsas amil – geniş və üst-üstə düşən iqtisadi maraqlar, təhlükəsizlik və ətraf mühit – həmişə xarici bazarlarda dövlətlərin enerji siyasətini müəyyən etmişdir. Ənənəvi olaraq, bunun mehvəri istehlakçılarla enerji regionlar arasında tapmaq olar. 1970-ci illərdən baş verən neft böhranları dövrünündən, enerji siyasəti xam neft təchizatının təhlükəsizliyinə əsaslanır. O zamanlar “enerji təhlükəsizliyi” terminini əsasən enerji təminatının münasib qiymətlərlə həyata keçirilməsi ilə bağlayırdılar [1, s. 461]. Bu cür təhlükəsiz enerjı təminatı məntiqinə əsasən energetika sahəsindən asılı qalan dövlətlərin mahiyyəti ilə bu tələblər “enerji siyasəti” tərifi ilə əlaqələndirilir və, istehlakçıların maraqları üzərində dayanaraq, enerji təhlükəsizliyinin xüsusiyətini formalaşdırır. Bu mövzuda həm də Avropa İttifaqının siyasəti (Aİ) istisna deyil.
Aİ-nin enerji siyasəti anlayışının özü də çoxkonsepsiyalı, çoxsahəlidir. O, müxtəlif yollarla təmsil oluna bilər. Bunun özü, ümumiyyətlə, Avropanın enerji ehtiyacları ilə təmin edilməsi xüsusiyyətlərinə əsaslanır və mənbələrinin müxtəlifliyinə malik olmasından irəli gəlir. Lakin, son zamanlar təbii qazın prioritet hala gəlməsinin əsas səbəbi ondadır ki, digər yanacaq növləri ilə müqayisədə onun istifadənin üstünlükləri göz qabağındadır. Eyni zamanda qeyd etmək lazımdır ki, bu günə olan texnoloji nailiyyətlər, bir enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarından tam imtina edilməsinə də əsas vermir və bərpa olunan mənbələr, mövcud olan halıyla, Aİ-nın yanacaqla təchizat problemlərinin həllində yalnız yardımçı amil kimi xidmət edə bilər. Mütəxəssislərin fikirincə bərpa olunan enerji mənbələrin yalnız 2030-ci ildə Aİ-də ümumi enerji istehsalının ən optimist proqnozlarına əsasən 25% yaxın rəqəm verməyə qadir olacaq. (bax: cədvəl 1).


Yüklə 212 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin