Cədvəl 1. Aİ-də ilkin enerjidə yanacaq enerjinin payı %-lə.
|
|
Müəyyən olunmuş ssenari
|
Cari siyasi təşəbbüslər
|
Dekarbonlaşma
ssenari
|
2005
|
2030
|
2050
|
2030
|
2050
|
2030
|
2050
|
Bətk
|
17.5
|
12.4
|
11.4
|
12.0
|
9.4
|
7.2-9.1
|
2.1-10.2
|
Neft
|
37.1
|
32.8
|
31.8
|
34.1
|
32.0
|
33.4-34.4
|
14.1-15.5
|
Qas
|
24.4
|
22.2
|
20.4
|
22.7
|
21.9
|
23.4-25.2
|
18.6-25.9
|
Atom
|
14.1
|
14.3
|
16.7
|
12.1
|
13.5
|
8.4-13.2
|
2.6-17.5
|
Alternativ
|
6.8
|
18.4
|
19.9
|
19.3
|
23.3
|
21.9-25.6
|
40.8-59.6
|
Mənbə: Avropa Parlamenti, Avropa Şurası, Avropa İqtisadi və Sosial Komitəsi və Regionlar Komitəsinə Komissiyanın hesabatı. 2050-ci ilinə enerji sektoru. Proqnoz. Brüssel, 2011. [2, s. 19]
Qarşıdaki bir neçə il ərzində kömür istisna olmaqla Aİ enerji balansında bərpa olunan enerji mənbələrinin neft və qaz kimi bir sistemyaradan daşıyıcılara sıxıntı gətirilməsi gözlənilmir. Hətta enerji istehsalçıları və onun istehlakçıları arasında olan güc balansının pozulması səbəbindən son iki onillik ərzində bu xüsusiyyətlər əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, adekvat və münasib qiymət artıq daha çox sərt dünya bazarının və neft qiymətlərindəki dəyişikliklərin ağlabatan əhatəsindən kənarda qalıb. Enerji təhlükəsizliyin təminatı ənənəvi üsuldan kompleks üsullar istiqamətinə doğru transformasiya olunur və yeni karbohidrogen ehtiyatları sayılan, əhatə dairəsinə görə qlobal olan təbii qazla əvəz olunur. Belə bir nəticəyə gəlməsinə həmçinin bir sıra hökumətlərin nüvə texnologiyalarından imtina etməsi barədə və ya nüvə enerjisi üzrə moratoriumun tətbiq etməsilə bağlı qərarların qəbul edilməsi, Fukuşimada baş verən fəlakət və daxili siyasi mülahizələr imkan yaratmışdır. Əlbəttə ki, Amerika Birləşmiş Ştatlarında “Şist inqilabı” və Amerikaya qaz idxalının azaldılması, Avropa bazarına şist təbii qaz (ŞTG) çatdırılmasının artırılması buradakı vəziyyətə öz təsirini göstərəcək. Lakin, ekspertlərin fikrincə, bu, 2035-ci ildə qazın qiyməti nə qədər olacağının proqnozlaşdırmğa imkan vermir. Hesablamalar daim dəyişir, bu qənaətə gəlmək olar ki, tələb artacaq. Bu cür bazar konyukturu şəraitində, təbii qaz müasir qlobal elektrik sənayesinin əsasını təşkil edərək, ayrı-ayrı bazarlarında inkişaf etmiş boru kəməri infrastrukturunun yaradılması aktuallığını qoruyub saxlayır və mayeləşdirilmiş təbii qaz (LNG) kanalları ilə daha yaxından əlaqələndirilir.
Bəs Avropada bu strateji məhsul ilə bağlı işlərin cari vəziyyəti necədir? Statistikaya istinadən, Aİ-nin mühüm təbii qaz ehtiyatları Şimal dənizində yerləşir. Ən böyük istehsalçılar – Böyük Britaniya, Hollandiya və Norveçdir. Regiona idxal olunan qazının üçdə iki hissəsi isə dünyanın ən böyük təbii qaz təchizatçının – Rusiyanın inhisarçı şirkəti “Qazprom” payına düşür. Bu həcmin 80%-i Ukraynaya məxsus olan boru kəmərləri və yeni yaradılmış Baltik dənizinin dibində çəkilən ”Nord Stream” kəməri vasitəsilə nəql olunur. Digər hissəsi isə kiçik boru şəbəkələrilə, Belarus üzərinden, Polşa və Almaniya istiqamətində gedir. Avropaya idxal edilən qazın qalan hissəsi Əlcəzayirdən gəlir.
Avrostatın 2011-ci ildəki məlumatına görə, təbii qazın istehsalı Aİ-nin 27 üzv ölkəsində, 2010-cu ilin müqayisəsində, 9,8,% azalaraq cəmi 153.7 milyon ton neft ekvivalentində olmuşdur. Aİ-17 (“avro” pul vahidinin işləndiyi ölkələr – avrozona ölkələri) üçün isə azalma 4,3% təşkil edib və istehsalat 84,9 milyon ton neft ekvivalentində olmuşdur. Əsas Aİ istehsalçıları arasında Böyük Britaniyada istehsalın azalması 20.7%-ə qədər, Danimarkada 13.5%, Almaniyada 5.4%, Hollandiya 4.6% və Macarıstanda 1.5% qeydə alınıb. Polşada isə, əksinə, təbii qazın istehsal olunmasında 3,3% artım imüşahidə edilmişdir.
Toplam olaraq Aİ-nın 27 ölkəsində, 391,2 milyon ton neft ekvivalentində olan təbii qaz idxalatı 0,9% azalmışdı. Avrozonaya daxil olan 17 ölkəsində, bu idxal, 302,8 milyon ton neft ekvivalentində olmuş, istehsal 3,5% azalmışdır. Təbii qazın əsas qaynaq ölkəsi olduğundan, Rusiya Federasiyası idxalda 33.0%-i (daxili Aİ ticarəti istisna edildilməklə, yol verilir), Norveç 26,6%, Əlcezayir 12.9%, Qatar 11.0% və Nigeriya 4.3% verir.
Statistikanın məlunatına əsasən ümumi bir nəticəyə gəlmək olar ki, Avropada daxili resurs bazası məhdud olması səbəbindən Aİ-nin xarici enerji təchizatdan əhəmiyyətli dərəcədə asılıdır. Bəzi hesablamalara görə, növbəti 20 il ərzində, Aİ-nin enerjiyə olan tələbatı daha 35-40% arta bilər. Beləliklə, bu gün Avropa İttifaqının enerjı təminatı bazar konyekturasından, geosiyasi amillərdən, tranzit və hasilatçı ölkələrdəki siyasi sabitlikdən asılıdır.
Dostları ilə paylaş: |