Regionda TAP kompromissi Sonuncu əldə olan məlumatlara əsasən, TANAP 2018-ci ildə başa çatdırılması planlaşdırılır və Trans-Adriatik boru kəməri (Trans Adriatic Pipeline – TAP) ilə bağlı olacaq. Ilk 16 milyard m3 qaz 2019-ci ildə ilkin mərhələdə gözlənilir, tədricən 23 milyard m3 qaz 2020-ci ildə və 2026-ci ildə 31 mlrd rəqəmi vuracaq. İlk dövrdə, Azərbaycan qazının 10 milyard kubmetr Avropaya və Türkiyəyə 6 milyard kubmetr satılacaq [11].Bununla belə, TAP layihəsinin əhəmiyyəti olduqca artır. 28 iyun 2013 ildə, Trans-Adriatik boru kəməri üzrə, əvvəlki tərəflər arasında (İsveçrənin “Axpo”, Norveçin “Statoil” şirkətləri hərəsi 42,5% və Almaniyanın “E.ON Ruhrgas” 15%) və 2-ci mərhələdən olan Azərbaycan qazının ixracı üçün ”Şahdəniz” yatağı konsorsiumu üzvləri arasında nəqliyyat sazişinin imzalanması Avropa istehlakçıları üçün qazın birbaşa satışını asanlaşdıra bilər.
Belə ki, Azərbaycanın “Nabukkoya” rəqib Trans-Adriatik Boru Kəməri xeyrinə seçim etməsi baş verib. Bu qərardan sonra Aİ tərəfindən dəstəklənən “Nabukko” qaz kəməri layihəsi uğursuzluq kimi qəbul edildi. Bundan əlavə, bu qərar nəticəsində Aİ tərəfindən yeridilən “Nabukko” qaz kəməri layihəsi bir uğursuzluq kimi qəbul edildi.
Beləliklə, Trans-Xəzər boru kəmərinin həyata keçirilməsi Aİ-nin artan enerji tələbatlarını tam şəkildə ödəməyə qadirdisə, TANAP ilə TAP layihələrin birgə istismarı bu ixrac planlarını daha da dohrullaşdırır. Və beləliklə bu mərhələdə geosiyasi nəticələri ilə fərqlənən uzun bir mübarizə tamamlandı.
Azərbaycandan Avropaya qaz nəqlinə imkan verilməsi üçün marşrut seçiminə dair qərarın qəbul olunması asan olmadı. Bu marşrutun seçilməsi haqqında qərar texnokratik kimi görünür, lakin o, Avropanın enerji təchizatı üzrə çox illik uzun mübarizə və müzakirələrin bir hissəsi idi. “Nabukko” böyük qaz kəmərinin 1300 kilometrlik uzunluğunda nəzərdə tutulan “Nabukko Qərb” (Nabucco West) adlı qısaldılmış versiyası Avstriya Bolqarıstan, Rumıniya və Macarıstandan keçməli idi. Türk-yunan sərhədindən başlayan və uzunluğu 800 kilometr olan Trans-Adriatik kəməri isə Yunanıstan və Albaniyanın ərazisindən, həmçinin Adriatik dənizindən keçərək İtaliyada başa çatacaq.
Bu layihənin gerçəkləşməsində əsas qarışıqlıq salan Rusiyadır. Heç şübhəsiz, müstəqil iqtisadi aktorlar kimi, “Şahdəniz” konsorsiumunun iştirakçıları bu layihənin texniki və iqtisadi faydası olduğu üçün seçiblər. Məsafə, kiçik tariflər imkanı, qaz kəməri inşasının müqayisəli ucuzluğu, müəyyən olan əsas satış bazarı – bütün bu amillər satılıb pula çevrilə bilən qazın rəqabət qabiliyyətli yekun qiymətinə öz təsirini göstərmişdir. Lakin, yuxarıda göstərilən qaz bazarındakı iştirakçılarının xüsusiyyətini xatırladaraq, Rusiya tərəfi özünün “Qazprom” şirkəti vasitəsilə layihənin qarşısının alınması üçün səy göstərmiş və külli miqdarda maliyyə vəsaitini sərf etmişdir. Bu məqsədlə Rusiya cari qaz infrastrukturuna alternativ bir neçə qaz boru kəmərinin çəkilməsi üzrə müqavilələr imzalanmışdır. Hal-hazırda bu layihələr həyata keçirilməkdədir. Onlardan biri 7 dekabr 2012-ci il tarixində Qara dənizin altından çəkilən, Nabukkonu torpedləyən, “Cənub axını” layihəsidir. İl ərzində 63 milyard kubmetrdir qaz tutumu olan – rus-italyan-fransız-alman qaz kəməri layihəsidir. Layihənin təxmini dəyəri – 16 milyard avrodu [12].
Rusiyanın bu seçimi ilk növbədə geosiyasi əhəmiyyətinə görə başa düşüləndir. Məsələ ondadır ki, Rusiyanın “Qazprom” şirkəti ilə Avropa tərəfdaşlarının birgə inşa etdikləri “Cənub axını” marşrutu üçün ”Nabukko-Qərb” layihəsinə bənzər yol seçib. O, həmçinin Bolqarıstan və Macarıstan ərazisindən keçir. Qeyd edək ki, Rusiyanın təqdim etdiyi bu layihənin gerçəkləşməsi müstəqil yollarla gedən ayrı-ayrı Avropa ölkələrinin davamlı parçalanması və birgə ümumi xarici enerji siyasətinə əməl etməmələrindən irəli gəlir. Belə ki, vaxtilə “Nabukko” ilə məşğul olan ölkələrin çoxu 2007-ci ildə Romada imzalanmış “Cənub axını” layihəsinin yaradılması və inşası üzrə birinci memorandum çərçivəsində “Russiyanın Qazprom” və İtaliyanın “Eni” şirkətləri ilə əməkdaşlıq edirlər. Beləliklə, Qara dənizi altından Bolqarıstan vasitəsilə keçərək, bu boru kəmərinin inşası İtaliyanın Tarvisio şəhərində sona çatmalıdır.
“Nabukko” layihəsinin strateji xarakteri 2015-ci il – TAP qaz kəməri tikintisinin başlanması üçün gözlənilən tarixdir. Lakin, “Nabukko” layihəsinin və onun qolu olan – “Nabukko Qərb”in əhəmiyyətini nəzərə almamaq düzgün deyil. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin bu yaxınlarda bildirdiyinə görə, “Nabukko Qərb” qaz kəməri layihəsi öz əhəmiyyətini itirməmişdir və hələ də həyata keçirilə bilər. Onun qeyd etdiyi kimi, “Bu iki layihə (“Nabukko Qərb” və Trans-Adriatik Boru Kəməri – E.M.) müxtəlif məqsədlərə malikdir və TAP seçimi “Nabukko”nun həyata keçirilməsini istisna etmir”. Onun sözlərinə görə, əsas məsələ bu ehtiyatların həcmidir. “Nabukko”nun həyata keçirilməsi təbii qazın həcmindən, onun resurs bazasının genişləndirilməsindən asılı olacaq. TAP layihəsinin həyata keçirilməsi yalnız qaz istehsalına bir təkan kimi baxılmamalıdır. Bu layihə eyni zamandsa yeni ehtiyatların kəşfinə yardım edəcək [13, s.3]. Bu layihə istər iqtisadi, istərsə də siyasi və geosiyasi üstünlüklərə malikdir.
Aşkar iqtisadi səmərə qazın miqyasyönümlü reallaşdırılmasından irəli gəlır. Aydındır ki, əhatə etdiyi ölkələrin sayına görə “Nabukko Qərb” (Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya, Serbiya, Xorvatiya və Almaniya, Bosniya və Herseqovina) TAP-dan (Yunanıstan, Albaniya, İtaliya, Çernoqoriya və Bosniya və Herseqovina) çoxdur. “Nabukko”nun əhatə etdiyi ölkələrin əhalisinin ümumi sayı 135603305 çatırsa, TAP ölkələrin əhalisinin 75087005 nəfərdir. “Nabukko Qərb” vasitəsilə qaz məhsulu satılıb pula çevrilməsindən əldə edilən əsas iqtisadi fayda onun ən sürətlə inkişaf edən Almaniya bazarına birbaşa çıxışı ola bilərdı. Hər iki boru kəmərlərinin buraxılış gücü də müxtəlifdir (müvafiq olaraq “Nabukko”da 31 milyon m3. TAP-da 21 milyon m3). “Nabukko Qərb”in faydaları, xüsusən də İtaliyada iqtisadi böhran və Yunanıstanın iqtisadi cəhətdən dağılması fonunda, planlaşdırılmış istismarın başlanması zamanı İtaliyanın bazar faydaları ilə birlikdə TAP-ın verdiyi vədləri inkar edir. Bu faydalar onun tikintisi üzrə gözlənilən xərclərini artıqlaması ilə kompensasiya etmək gücündədir. Yunanıstan və İtaliyada bundan sonra da gözlənilən siyasi qeyri-sabitlik TAP layihəsinin reallaşmasını uzun bir müddətə süründürməçilik vəziyyətinə sala bilər.
Yunanıstanın keçmiş sənaye naziri Andreas Andrianopulos 2013-ci ilin fevralın 19-da DW verdiyi müsahibəsində qeyd edib ki, Bosfor və Çanaqqala boğazlarından yan keçməklə, Bolqarıstandan Yunanıstanına Aralıq dənizinin sahilinə gədər Rusiya neftin nəql olunması üçün qərara gəlinməsi, yəni digər bir sensasiyalı nəqliyyat və energetika layihələsinin – Burqas-Aleksandrupolis neftin boru kəmərinin inşası hələ də həyata keçirilməyib. Bu siyasətçinin haqlı xatırlamasına görə: “Bu layihənin başlanması yeddi dəfə ucadan elan olunmuşdu, lakin layihədə boru kəmərinin əsas sahibi kimi iştirak edən Rusiya öz neftinin müvafiq məbləqdə tədarükünə zəmanət verilməməsi səbəbindən bu layihə hələdə dondurulub”.
Andreas Andrianopulos, TAP layihəsi üçün daha bir risk faktorunu, Yunanıstanın sol təmayüllü müxalifətini də xatırladıb. Axı Afinada hökumətlərarası müqavilənin imzalanmasından bir neçə saat sonra SYRIZA partiyası bu layihənin parlamentdən kənar ötüb keçməsini qeyd edərək, sənədi rədd etmişdi [14]. Lakin sonradan bunun yalnız müxalifət ritorikası olduğu bildirilsə də, biz müasir Yunanıstanın siyasi təsisatlarının həddindən artıq qeyri-sabit mövqe nümayiş etdirdikləri fikri ilə razılaşmaya bilmərik.
Hər bir layihənin funksional təyinatı onun geosiyasi əhəmiyyətini müəyyən edir. Əhatə etdiyi ölkələrin sayı, maraqlı olan tərəflərin səviyyəsi, cəlb edilən investisiyaların həcmi və nəhayət, regiondaki digər qaz daşıyan ölkələr üçün geo-strateji əhəmiyyəti – bütün bu dəlillər “Nabukko Qərb” layihəsinin geosiyasi prioritetlərini müəyyən edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Gülmira Rzayevanın Nabukko ilə bağlı dediyi: “Bu, Mərkəzi və Şimali Avropa həmçinin, Balkan ölkələri üçün strateji bir layihədir və başqa ölkələrin bazarlarına daxil olmaq üçün daha çox imkanlar verir”, – fikiri ilə razılaşmamaq olmaz. Nabukko, digər daha yaxşı interkonnektor ölkələr ilə bağlı olan dövlətlər üzərindən keçir. Bu interkonnektorlar artıq 80-90% hazırdırlar və fəaliyyət göstərirlər. Yəni, yeni bazarlara daxil olmaq üçün daha əlavə sərmayələrin qoyulmasına ehtiyac yoxdur. “Hələlik isə TAP Yunanıstan, Albaniya ərazisilərindən keçir və İtaliyanın cənubunda bitir, lakin əmin edilir ki, Balkanlara, xüsusilə Bolqarıstan və digər ölkələrinə də öz çıxışını təmin edə bilər. Hazırda Yunanıstan və İtaliya Balkanlar interkonnektorları ilə çox da yaxşı bağlı deyil. Yeni boru kəmərlərinin tikintisi qazın qiymətini daha da çox edə bilər ...” [15]. Amma mütəxəssisin doğru olaraq daha sonra qeyd etdiyinə əsasən, “Nabukkonun” “Şahdəniz” konsorsiumu vasitəsilə alqı-satqısına dair danışıqların başa çatdırılmasının əhəmiyyəti ondadır ki, burada qiymət, qiymətləndirmə və tədarük həcmi məlumdur. Lakin TAP çərçivəsində bu danışıqlar hələ də davam etməkdədir. Həqiqətən, bütün bu xüsusiyyətləri nəzərə alındıqda hər hansı bir nəticəyə gəlmək hələ tezdir. “Hələlik isə, yüz faiz qaz indeksləşdirilməsi və ya neft indeksləşdirilməsi faizi iştirak edəcəyi nəticəsində qiymətləndirilməsi olub olmadığını şəraitdə, bunun qiyməti bəlli deyil. Qazın hansı xətt üzrə ixrac etmək üçün ən sərfəli mənzərəsi danışıqların başa çatacaqından sonra məlum olacaq”. Yenə də bu müqavilənin imzalanması Azərbaycan Respublikasının siyasi sistemin müasir vəziyyətində müəyyən intra- və ekstrasosal sistemlərlə üst-üstə düşdü.