IV FƏSİL İRƏVAN XANLIĞININ İQTİSADİ VƏZİYYƏTİ
4.1. Kənd təsərrüfatı
Əlverişli təbii-coğrafi şəraiti, müxtəlif iqlimin və bol sulu çayların olması İrəvan xanlığında iqtisadiyyatın təməlini təşkil edən kənd təsərrüfatına böyük təsir göstərmişdi. Xanlığın bir hissəsi dağlıq olsa da, onun böyük ərazisi geniş düzənlikdən ibarət idi. Burada torpaq məhsuldarlığı ilə də fərqlənirdi. İrəvan şəhəri ilə Göyçə gölü arasındakı, həmçinin bu gölün şimal hissəsindəki ərazilər qaratorpaq, cənub və şimali Qarasu çayının mənsəbinə yaxın torpaqlar bataqlıq, Araz çayı ilə Ağrıdağ dağı arasında olan, xüsusən də, Gərnibasar, Vedibasar və Sürməli mahallarında torpaqlar şoran, cənub tərəfdən dağlara meyilli ərazilər isə qumluq və daşlıqdan ibarət idi. İrəvan xanlığında ən münbüt torpaqlar Zəngibasar, Körpübasar, Sərdarabad mahallarını, Sürməli və Gərnibasar mahallarının bir hissəsini, habelə xanlığın Rusiya imperiyası tərəfindən işğal edilən Şuragöl və Pəmbək mahallarını əhatə edirdi (201, c.4, səh.255; 175,19-21).
İrəvan xanlığının iqtisadi həyatında kənd təsərrüfatı əsas yeri tuturdu. Kənd təsərrüfatında isə buğda və arpa istehsalı başlıca sahələr idi (415,740; 175,21; 147,327; 120,615). Buğda və arpa xanlığın əksəriyyət ərazilərində əkilirdi. XVIII əsrin əvvəllərində Azərbaycanda olmuş rus səfiri və səyyahı A.P.Volınski osmanlı sərhəddindən başlayaraq Səfəvi dövlətində ən bol məhsullu yerin İrəvan və Təbriz əyalətlərinin olduğunu yazırdı (89,11). Xanlığın İrəvan şəhəri ətrafı kəndlərində, Qırxbulaq, Sərdarabad, Şuragöl və Pəmbəkdə daha çox taxıl istehsal olunurdu (415,739; 175,19-21).
İrəvan xanlığında həm yazlıq, həm də payızlıq buğda və arpa becərilirdi. Belə ki, dağlıq yerlərdə əsasən, taxıl məhsulları payızda, aran yerlərdə isə yazda əkilirdi (415,739; 201,c.4, səh.278). Aran yerlərinə nisbətən dağlıq ərazidə məhsul daha bol olurdu. Məlumata görə, müstəqil xanlıq dövründə yerli əhali hər il 34.185 xalvar buğda, 11.500 xalvar arpa istehsal edirdi (201, c.4, səh.280). İşğaldan sonra xanlıqda taxıl istehsalında geriləmə baş vermişdi. 1832-ci ildə «Erməni vilayəti»ndə hər il orta hesabla 75.000 xalvar buğda, 10.000 xalvar arpa istehsal edilmişdi (415,738-739). Əgər «Erməni vilayəti»nə daxil olan Naxçıvan və Ordubad ərazilərini çıxmaqla, müqayisə etdikdə görərik ki, xanlıq dövründə daha çox buğda və arpa istehsal olunmuşdu.
İrəvan xanlığında çəltik istehsalı da əsas yerlərdən birini tuturdu. Yeməklərində düyüdən çox istifadə etdiyindən yerli əhali onun istehsalına xüsusi fikir verirdi. Çəltik əsasən, aran və bataqlıq yerlərdə əkilirdi. Çəltiyin becərilməsi üçün çox su tələb olunduğundan onun əkilməsi çətin başa gəlirdi. Xüsusilə, bataqlıq yerlərdə çəltiyin daha məhsuldar olduğunu qeyd edən İ.Şopen yazırdı: «əhali oraya onlarla camış və kəl qovaraq, heyvanları bataqlığı taptalamağa məcbur edirdilər. Heyvanlar oranı o qədər taptalayırdı ki, bataqlıq duru palçığa çevrilirdi. Sonra ora toxum səpirdilər» (415,741). Saatlı, Körpübasar, Zəngibasar, Gərnibasar mahallarının aran yerləri bu bitkinin istehsalında xüsusilə seçilirdi. Digər aran yerlərdə isə onun əkilməsi qadağan olunmuşdu (415,740).
Çəltiyin əkilməsi aprel ayının ortalarından başlayıb mayın ortalarına qədər davam edirdi. Sentyabrın ortalarında isə məhsul yığılırdı (415,740-741; 201, c.4, səh.278). İrəvan xanlığı orta hesabla 18.400 xalvar çəltik istehsal edirdi (201, c.4, səh.280). Ən keyfiyyətli çəltik Zəngibasar və Körpübasar mahallarında istehsal olunurdu (415,741; 201, c.4, səh.278).
Yerli əhali texniki bitkilərdən olan pambıq istehsalı ilə də məşğul olurdu. Pambıq aran yerlərdə aprel-may aylarında əkilir, oktyabrın axırı-noyabrın əvvəllərində yığılırdı. Zəngibasar, Sərdarabad və Sürməli mahalları pambıq istehsalında əsas yeri tuturdu (415,743; 201, c.4, səh.278-279). Pambıq qiymətli bitki hesab olunurdu və İrəvan xanları onun satışından gülli miqdarda gəlir əldə edirdi. 1783-cü ildə Rusiya dövlətinin nümayəndəsi doktor Reyneqs İrəvanda olarkən buranın kənd təsərrüfatından ətraflı bəhs etmişdi. Onun yazdığına görə, burada bol pambıq, ipək, çəltik, üzüm yetişdirilirdi. Pambığın 7/10 hissəsi, yəni 68.000 batman və yaxud 13.600 pudu xana çatırdı. Hüseynəli xan pambığın hər pudunu 5 rubla satdırırdı. Nəticədə İrəvan xanının tək bu bitkidən gələn gəliri 476.000 rubla çatırdı (71,215-216).
Sonuncu İrəvan xanı Hüseyinqulu xan isə pambığı tamamilə inhisara almışdı. Onun fərmanına əsasən, pambıqçılıqla məşğul olan sadə kəndlilər, bəylər və mülkədarlar məhsulu yalnız xana satmalı idi. Xan pambığı onlardan hər xalvarını 1 rubla alırdı (201,c.4, səh.280). O, əhalidən ucuz qiymətə satın aldığı pambığın bir xalvarını 120 rubla sataraq küllü miqdarda gəlir əldə edirdi (415,744). Bu dövrdə əhali hər il orta hesabla 2100 xalvar (57.000 pud) pambıq istehsal etmişdi (201, c.1, səh.51, c.4, səh.280).
Lakin Rusiya işğalından sonra bu bitkiyə maraq müəyyən qədər azalmışdı. Belə ki, «Erməni əyaləti»ndə 1832-ci ildə 3.000 xalvar pambıq əkildiyi məlumdur (415,743). Əgər bu vilayətin tərkibinə daxil olan Naxçıvan və Ordubadı çıxsaq, müqayisədə görmək olar ki, pambığın istehsalı xeyli aşağı düşmüşdü.
İrəvan xanlığında ipəkçilik də geniş yayılmış sahələrdən biri olmuşdu. XVIII əsrin 80-ci illərin əvvəllərində Reyneqs İrəvanda olarkən burada bol xam ipəyin olması haqqında məlumat vermişdi (71,215). İstehsal edilən xam ipəyin miqdarı haqqında məlumata rast gəlməsək də, «əyaləti əhatə edən bütün bağlarda tut ağaclarının çoxluğuna görə etimal etmək olar ki, ipəkçilik vaxtilə İrəvan xanlığının kənd təsərrüfatında böyük rol oynamışdı» (415,753). Lakin işğaldan sonra bu sahəyə maraq azalmışdı. Belə ki, 1829-1832-ci illər kameral siyahıyaalınma həyata keçirilən zaman yalnız İrəvan şəhərində 10 funt xam ipək istehsal olunmuşdu (415,753).
Xanlığın əhalisi tütün istehsalı ilə də məşğul olurdu. Yerli əhali adətən tütündən özləri istifadə edirdi, çox az qismi isə satışa çıxarılırdı. Bu bitkinin becərilməsi ilə Sürməli mahalının Arhacı kəndinin əhalisi daha çox məşğul olurdu. Xanlıq dövründə təkcə bu kənd 40 xalvardan daha çox məhsul əldə etmişdi (415,745). Məlumata görə, xanlıqda hər il orta hesabla 60 xalvar tütün istehsal edilirdi (201, c.4, səh.280).
Yerli əhali küncüt və kətan əkini ilə də məşğul olurdu. Küncüt aran yerlərdə, kətan isə həm aran, həm də dağlıq yerlərdə əkilirdi. Küncüt və kətandan əsasən yağ əldə edilirdi. Bu yağlardan yeməklərin bişirilməsində və çıraqların yandırılmasında istifadə olunurdu (415,741-742). Xanlıqda hər il orta hesabla 24 xalvar küncüt, 12 xalvar kətan istehsal edilirdi (201, c.4, səh.280).
Kənd təsərrüfatının daha inkişaf etmiş sahələrindən biri də bağçılıq və bostançılıq idi. Əlverişli iqlim şəraiti burada meyvəçiliyin inkişafına lazımi şərait yaratmışdı. Bütün xanlıq meyvə bağları ilə zəngin idi. Bu bağlar üç qrupa bölünürdü. Birincisi, həyətyanı bağ, yaxud bağça adlanırdı. Adətən sahəsi az olan, meyvə bağı adlandırılan bağçalar hər bir evin ətrafında yerləşirdi. İkincisi, şəhərətrafı iri bağlar idi ki, əhalinin məskunlaşmadığı yerdə yerləşirdi (395, c.1, səh.24; 415,749). Bu meyvə bağlarında alma, şaftalı, ərik, gavalı, alça, gilas, xurma, heyva, əncir, qoz, nar, tut və digər yerli meyvələr yetişdirilirdi. (201, c.4, səh.281; 415,749). Bəzi meyvələrin müxtəlif növləri vardı. Məsələn, şaftalının kərdi və yarma, almanın kərbəlayı, cəfər, vahab, cənnət, hacı hüseynəli, akska və il, armudun hacımehdi, malaça, qışarmudu və sini növləri el arasında daha məşhur olmuşdu (395,26-27). Nəhayət, üçüncüsü üzüm bağları idi. İrəvanda müxtəlif növ üzüm yetişdirilirdi. Bunlara qaraşanı, ağsabi, əsgəri, kişmiş-badana, qırmızı-qulami, xallı, misqali, qırmızı-kişmiş, zeyni, kişmiş və s. cürbəcür üzüm növləri daxil idi (415,750-751). Üzümdən yüksək keyfiyyətli şərab və sirkə hazırlanırdı. Sirkəni əsasən, azəri türkləri emal edirdi (415,751-752).
Meyvə bağlarının inkişafına xüsusi fikir verən İrəvan xanları bağ sahələrinin artırılmısına və bu sahələri müxtəlif ölkələrdən gətirilmiş meyvə ağacları ilə zənginləşdirməyə çalışırdılar. Sonuncu İrəvan hakimi Hüseynqulu xan İrandan və Hindistandan meyvə ağacları gətizdirmişdi (415,950).
Xan bağlarına bağbanbaşı nəzarət edirdi. Xəzinəyə məxsus bütün meyvə bağları mart ayından başlayaraq icarəyə verilirdi. İcarədarlar bağların otunu təmizləyir və meyvəsini yığırdılar. Lakin bununla belə, meyvə dərilərkən oğurluğun qarşısını almaq üçün icarədarların işinə xanın bağbançıları nəzarət etməli idi. Payızda yığım qurtardıqdan sonra bütün bağlar bağbanbaşına təhvil verilirdi (415,959). Bağlar təhvil verildikdən sonra onları qaydaya salmaq məqsədilə yerli kəndlilər bu işə cəlb edilirdi. Bu iş oktyabr ayında icra olunurdu (415,959-960).
Təəssüf ki, İrəvan xanlığı dövründə bağ sahələri və onların sayı haqqında heç bir statistik məlumat əldə etmək mümkün olmadı. Əldə olunan məlumatlar yalnız işğaldan sonrakı dövrə aiddir. 1829-1832-ci illərdə Rusiyanın xanlıq ərazisində həyata keçirdiyi kameral siyahıyaalınmada İrəvan şəhərində və onun 12 mahalında yerləşən bağların sayı, onların tutduğu sahə və gəlirləri haqqında xeyli dəyərli məlumat verilmişdir. Həmin kameral siyahıyaalınmaya əsasən aşağıda tərtib etdiyimiz 4.1 cədvəli bağlar haqqında müəyyən təsəvvür yaradır:
cədvəd 4.1.
Şəhər və mahalların adı |
Bağla-rın sayı
|
Tutduq-ları sahə, xalvar
| Gəlir |
Üzüm
|
Meyvə
|
xalvar
|
Batman
|
xalvar
|
Batman
|
İrəvan şəhəri
|
1,473
|
1,233
|
2.608
|
34
|
2,982
|
3
|
Qırxbulaq
|
259
|
172
|
390
|
-
|
150
|
-
|
Zəngibasar
|
199
|
38
|
80
|
-
|
115
|
-
|
Gərnibasar
|
54
|
36
|
1
|
-
|
68
|
50
|
Vedibasar
|
76
|
15
|
-
|
-
|
19
|
50
|
Şərur
|
248
|
78
|
2
|
-
|
320
|
-
|
Sürməli
|
375
|
110
|
95
|
-
|
279
|
-
|
Dərəkənd-Parçenis
|
96
|
21
|
10
|
-
|
76
|
20
|
Saatlı
|
80
|
16
|
9
|
50
|
72
|
60
|
Talın
|
4
|
4
|
-
|
-
|
-
|
-
|
Seyidli-Ağsaqqallı
|
9
|
2 1/4
|
-
|
-
|
3
|
-
|
Sərdarabad
|
62
|
34
|
160
|
-
|
245
|
-
|
Körpübasar
|
395
|
225
|
1.806
|
-
|
799
|
-
|
Yekun
|
3,330
|
1,975 1/2
|
5,161
|
84
|
5,129
|
83
|
Dostları ilə paylaş: |